BolgeXeber.Com » Analitika » Elşən Musayev:“Şirkətin adı belə qiymət artımına etiraz edir: AZAL!”

Elşən Musayev:“Şirkətin adı belə qiymət artımına etiraz edir: AZAL!”

20-07-2015, 13:39
Oxunub: 4 649  Elşən Musayev:“Şirkətin adı belə qiymət artımına etiraz edir: AZAL!” “Ümid edirəm ki, Cənab Prezidentin səsləndirdiyi iraddan sonra ciddi bir qiymət dəyişikliyi olacaq və AZAL “qiyməti endirdim” deyərkən “Bakı – Konqo, “Bakı – Uruquvay”, “Bakı – Fici” reyslərini nəzərdə tutmayacaq”

Bu fikirləri Aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ətrafında yaranan tənqidlərə münasibət bildirərkən deyib.

“Həqiqətən biabırçılıqdır. Ələlxüsus da qonşu dövlətlərlə aramızdakı nisbətə baxarkən. Sanki bu ölkənin vətəndaşları milyardlar üstündə oturub və qazandığı pulları elə təyyarələrdəcə havaya sovurmalıdı.

Baxsınlar kənar ölkələrə. Hansında belə şey var? Heç birində. Ona görə də Azərbaycan turistinin ən az 50 faizi qonşu dövlətlərə Cürcüstan üzərindən uçur. Düzdür, yorulur, usanır, əziyyət çəkir, amma neyləsin, əvəzində tutaq 3 nəfərlik heyətlə Antalyaya gedərkən cibinin puluna minimum 700 – 800 manat qənaət edir. Oysa, olmazdımı ki, bu rahatlıq elə öz ölkəmizdə təmin olunaydı, camaatın elə yüzdə - yüzü, yəni hamısı şələ - şüləsini yığıb istirahətə, səfərə öz hava limanından uçaydı?

Bilmirəm, bu mistikadır ya nə, amma diqqət edin: şirkətin adı belə qiymət artımına etiraz edir: AZAL!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Bolgexeber.com