“SƏBA” broyler iflas edir?
5-09-2015, 15:56
Oxunub: 4 459
Ölkənin ən böyük broyler məhsulu istehsalçısı “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) ilk dəfə ziyana düşüb
Tia.az xəbər verir ki, şirkətin hesabatına görə, 2014-cü ildə satış həcmi 1,5 mln manat artaraq 40,4 mln manatı keçib. İstehsal və digər xərclər il ərzində 6 mln 340,4 min manat artaraq 42,3 mln manat olub. Nəticədə “SƏBA” ASC-nin illik ziyanı 1 mln 943,9 min manat olub. 2014-cü ildə şirkət broyler məhsulu satışını 500,4 ton artıraraq 14,3 min tona çatdırıb. Nizamnamə kapitalı 4,8 mln manat olan şirkətin xalis aktivləri 31,7 mln manatdır. İl ərzində xalis aktivlər 1,3 mln manat azalıb.
“Unikal”ın əldə etdiyi məlumatlar onu göstərir ki, ölkədəki broylerlərin əksəriyyəti bəzi oliqarxların nəzarətindədir. 2014-cü ildə “SƏBA” ASC-nin 6,8 mln manat bank krediti olub. 2013-cü ildə nominalı 2 manat olan hər səhmə 2,34 manat dividend ayrılıb. SC-nin kapitalında 16 mln manat bölünməmiş mənfəət var.
“SƏBA” ASC-nin səhmdarlarından biri “Azərbaycan İnvestisiya Şirkəti”dir (10%). 2014-cü ildə “Dəvəçi Broyler” və onun bir neçə törəmə şirkəti yenidən təşkil edilərək “SƏBA” ASC yaradılıb.
Onu da deyək ki, ölkənin ən iri broyler istehsalçısı öz tarixində ilk dəfə olaraq ziyanla işləməyə başlayıbsa, digər broyler şirkətlərinin hansı durumla qarşı-qarşıya qaldığını təsəvvür etmək çətin deyil.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər