BolgeXeber.Com » Analitika » Elşad Miri: Kredit götürüb maşın almaq israfçılıqdır – RƏY

Elşad Miri: Kredit götürüb maşın almaq israfçılıqdır – RƏY

10-09-2015, 14:38
Oxunub: 4 359 Elşad Miri: Kredit götürüb maşın almaq israfçılıqdır – RƏY“Bütün dünya iqtisadi böhranla mübarizə aparır”

Bu gün bütün dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə israfçılıq məsələsi gündəmə gəlir.

Məsələn başa düşürük ki, neft erası da bir gün bitə bilər, içməli su problemi ilə qarşılaşa bilərik. Yaxud dünyanın bir çox ölkələrini əhatə edən aclıq bizim də başımıza gələ bilər.

Biz gələcək övladlarımıza suyu, havası, təbii sərvətləri istismar olunmuş bir dünya qoymaq istəməzdik.

Oxu.Az məsələnin aktuallığını nəzərə alaraq, tanınmış ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib.

Elşad Miri bildirib ki, bu məsələ Quranda da öz əksini tapıb:

“Alah israf edənləri sevməz” - deyə, Quranda yazılıb.

İlahiyyatçının sözlərinə görə, 1 milyon manat pulu olanın 100 minlik avtomobil almasında heç bir problem yoxdur:

“Bu gün məsələ ondan ibarətdir ki, 80 min manat pulu olan, 100 min manatlıq avtomobil almaq istəyir. Qalan 20 min manatı isə banklardan kredit götürmək, borc almaqla kompensasiya etmək istəyir. Bu israfdır. Amma 1 milyon manat vəsaiti olanın 100 minlik avtomobil almasında heç bir problem yoxdur, bu israf sayılmır”.

Onun sözlərinə görə, qidalanmada da insanlar israfa yol verir:

“Süfrədən doymamışdan qabaq qalxmaq lazımdır. Bu halda o artıq doyduğunun fərqinə varacaq. Bu gün masir elmin də gəldiyi nəticə odur ki, bir insanın doyması bir neçə dəqiqədən sonra insan beyninə gələn siqnaldan sonra bilinir. Amma bütün bunları hiss etmədən qalxarsa, o israfa yol verəcək”.

E. Miri ərzağın alınması zamanı yol verilən israfa da toxunub:

“Bizə lazım olan qədər ərzağın alınmasına çalışmalıyıq. Əgər yenə ehtiyacımız olacaqsa, yenidən gedib mağazalardan əldə edə bilərik. Həddindən artıq ərzağın alınaraq mətbəxdə yığılması da israfın başqa bir variantıdır. Bu isə insanların ən pis halda tənbəlliyinə gətirib çıxarır”.

İlahiyyatçı vətəndaşlarımıza öz tövsiyyələrini də verib:

“Toy mərasimlərində belə həddindən artıq qida qəbul edən insanlarımızın şahidi oluruq. Halbuki, balıq, salat vəs kimi yüngül yeməklərlə kifayətlənmək olar. Yəni, bizə xeyrli olanı çalışmaq lazımdır ki, özümüzə zərərli etməyək”-deyə, o əlavə edib.
Bolgexeber.com
Elşad Miri: Kredit götürüb maşın almaq israfçılıqdır – RƏY