Sumqayıtdakı dəhşətli qəza ilə bağlı Yeni faktlar
18-09-2015, 16:41
Oxunub: 5 978
Dünən səhər saatlarında Sumqayıt-Bakı yolunda baş verən dəhşətli mikroavtobus qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb
Lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusun sürücüsü Baloğlan Ağakişiyev ağır xəsarətlər alıb. Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən sürücü kəllə-beyin travması alıb və beyin qapağına xeyli qan yığılıb. Həkimlər onun vəziyyətini hələ də ağır qiymətləndirir.
Bildirilib ki, ağır vəziyyətdə olmasına baxmayaraq, B.Ağakişiyev polis nəzarəti altındadır və sağalan kimi məhkəməyə çıxarılacaq və böyük ehtimallar barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Araşdırmalar nəticəsində o da məlum olub ki, B.Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsinin sərnişindaşıma ilə bağlı qanuni sənədi -lisenziyası olamayıb. Qəzaya düşən “Ford Transit”ə verilmiş lisenziya müddəti 2012-ci ildə başa çatıbmış və həmin vaxtdan sonra lisenziya alınmyıb.
Qeyd edək ki, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən – Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər