BolgeXeber.Com » Analitika » Heydər Əsədov fermerləri borc bataqlığına sürükləyir

Heydər Əsədov fermerləri borc bataqlığına sürükləyir

26-09-2015, 16:00
Oxunub: 3 629 Heydər Əsədov fermerləri borc bataqlığına sürükləyir12 rayonda 10 min hektara yaxın sahədə pambıq əkini üçün fermerlərlə müqavilə bağlamış “CTS AQRO” MMC-nin bütün zavod və məntəqələrində “Beynəlxalq Bank” problemi ilə əlaqədar xoşagəlməz vəziyyət yaranıb - pambığın tədarükünə və satınalınmasına vəsait tapılmır

Virtualaz.org saytına müraciət edən Salyan və Neftçala rayonlarının fermerləri isə kənd təsərrüfatı naziri Heydər Əsədovun vəziyyətdən çıxış yolu kimi verdiyi təklifin onları qane etmədiyini bildiriblər: “Nazir mətbuata açıqlamasında bildirmişdi ki, fermerlərdən xam pambığın alınması üçün özəl şirkətlərlə danışıqlar aparılıb və yaxın günlərdə şirkətlərin adı və alış qiymətləri məlum olacaq. Sonradan məlum oldu ki, xam pambığın alıcısı “MKT İstehsalat Kommersiya” MMC-dir, özü də şirkət pambığın hər tonuna 1-ci növ üçün 380 manat təklif edir. Ölçüb-biçərək bağladığımız müqaviləyə əsasən isə “CTS AQRO” MMC bizdən 1-ci növ pambığın tonunu 410 manata götürməli idi. Amma şirkət maliyyə çatışmazlığı ucbatından müqaviləyə əməl edib xam pambığı nağd pula təhvil ala bilmir.

İndi biz nazirin tövsiyəsi ilə pambığı tonunda 30 manat itirməklə “MKT İstehsalat Kommersiya” MMC –yə nağd pula aldığı üçün təhvil versək, əkdiyimiz pambıqdan nəinki xeyir götürməyəcək, hətta ziyana düşəcəyik. Pambıq yığımına qədər məhsulun becərilməsinə çəkilən xərci CTS AQRO” MMC çəkdiyindən üstəlik ona da borclu qalacağıq. Ona görə də qərara gəlmişik ki, hələlik nağd pulunu ala bilməsək də pambığı 1 tonu 410 manat olmaqla elə müqavilə əsasında CTS AQRO” MMC-yə təhvil verib ümid edək ki, vəziyyətdən çıxış yolu tapılacaq”.

“CTS AQRO” MMC-nin təmsilçisi Səxavət Səmədov isə virtualaz.org saytının Şirvan bürosuna bildirdi ki, şirkət heç də iflasa uğramış müəssisə olmadığı üçün problemin yaxın günlərdə köklü həllini tapacağını gözləyirlər: “Hazırda “CTS AQRO” MMC-nin məntəqə və zavodlarında xam pambığın tədarükü gedir, Salyan məntəqəsində də bu günə 100 ton məhsul tədarük olunub. Sahələrdə maşınla yığım üçün defolyasiya işləri aparılır, yaxın günlərdə maşınla yığıma da başlanacaq. Fermerləri isə əmin edirik ki, bizə təhvil verdikləri xam pambığın pulu tamamilə ödəniləcək”.
Bolgexeber.com