Azərbaycanlıların əcnəbi gəlinləri və xarici kürəkənləri...
29-09-2015, 09:30
Oxunub: 4 324
Sovet dönəmində Azərbaycan vətəndaşları SSRİ-nin tərkibində olan 15 respublikanın vətəndaşları ilə nikaha girirdilərsə, müstəqillikdən sonra bu vəziyyət dəyişib
Belə ki, Azərbaycan vətəndaşları artıq digər ölkələrdən olan əcnəbilərlər də izdivaca girilər. Qızlarımız isə daha çox Türkiyədən olan oğlanlarla evlənirilər.
Bir müddət bu tendensiya daha çox müşahidə edilsə də, son vaxtlar əcnəbi vətəndaşlarla nikahagirmə hallarında azalma müşahidə olunur.
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, 2014-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 84,9 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 1635-i Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbi vətəndaş olan kişilər arasında, 1499-u isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaş olan qadınlar arasında bağlanmış nikahlardır.
R.Süleymanov vurğulayıb ki, 2015-ci ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 38,6 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 736-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbi vətəndaş olan kişilər arasında, 618-i isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaş olan qadınlar arasında bağlanmış nikahlardır.
“Eyni zamanda bildiririk ki, sözügedən nikahlardan doğulan uşaqların sayına, eləcə də nikaha daxil olduqdan sonra həmin şəxslərin Azərbaycanda yaşamalarına, yaxud başqa ölkəyə getmələrinə dair statistik məlumatlar Dövlət Statistika Komitəsində mövcud deyildir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər