BolgeXeber.Com » Analitika » Satıcı gözəl qızdırsa... - VİDEO

Satıcı gözəl qızdırsa... - VİDEO

30-09-2015, 09:57
Oxunub: 4 324 Satıcı gözəl qızdırsa... - VİDEOMarketinq sahəsində xarici görünüşün nə dərəcədə vacib olduğunu göstərmək üçün sosial eksperiment təşkil olunub

Eyni küçəyə eyni əşya düzülən 2 dəzgah qoyulub. Bir dəzgahın arxasında evsiz kişi, digərinin isə baxımlı qadın duraraq əşyaları satmağa cəhd edib. Evsiz kişinin dəzgahındakı əşyaların qiyməti 5 avro olmasına baxmayaraq, ona yaxınlaşan olmayıb. Hətta bir ara bilərzikləri pulsuz təklif etsə də, onun nə satdığı ilə maraqlanan olmayıb.

Ancaq digər dəzgahda vəziyyət tamam fərqlidir. Eyni küçədə eyni əşyanı yoldan ötənlərə daha yüksək qiymətə- 20 avroya təklif edən gözəl qadının satışı isə kifayət qədər uğurlu olub. Prankın sonunda göründüyü kimi qadına 23 nəfər yaxınlaşıb və onlardan 7-si alış-veriş edib. Ancaq evsiz və üst-başı elə də yaxşı olmayan şəxsə yaxınlaşan belə olmayıb.

“Qafqazinfo”