Qrantla seçilmək istəyən - QHT-lərin deputatı
16-10-2015, 10:55
Oxunub: 5 046
Azərbaycanda qanunlar xaricdən qrant alanlar üçün xeyli sərtləşdirildi
Əslində kifayət qədər mütərəqqi bir addım idi bu. Ölkənin daxilində Qeyri Hökumət Təşkilatlarının dövlətçiliyimizin möhkəmlənməsi üçün çalışmaları, ölkədən kənarda, ölkəmizin əleyhinə maraqları olan pul mənbələri axtarışlarının qarşısı alındı. Kim bilirdi bu xaricdən maliyyə alanlar Azərbaycan dövlətinin zəifləməsi, əsarətə düşməsi, daxildə sabitliyi pozmaq üçün nə qədər çalışırlar. Dövlət başçısı cənab prezident İlham Əliyevin təşəbbüsləri ilə Azərbaycan dövləti özü daxildə QHT-lərin möhkəmlənməsi, onların dövlətçilik üçün çalışmalarından ötrü maliyyə yardımı ayırılması üçün sənədlər imzaladı. Ölkənin maliyyə imkanları ilə Azərbaycan mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, insan haqlarının müdafiəsi və ictimai təbliği üçün mütərəqqi tədbirlər həyata keçirildi.
Amma bəzən bunlardan fərdi maraqları üçün istifadə edənlər də tapıldı. Nə yazıqlar olsun ki, bu gün Cənab Prezidentin təşəbbüslərini, onun mütərəqqi ideyalarını şəxsi maraqları üçün, parlamentdə mandat alıb, «arxayınlaşmaq» üçün istifadə edən şəxslər, «alimlər» var. Söhbətin kimdən getdiyi çoxlarına bəllidir…
Axı niyə dövlətin çıxarları üçün, Dövlət Başçısının mütərəqqi ideyalarını öz xeyrinə, şəxsi maraqlarına qurban verib, deputatlığa namizəd kimi qrant verdiyi şəxslərləri «namizədlə görüşə» daşıyırlar? Axı həm də namizədliyinə dəstək verilənlər, sıravi azərbaycanlıların bu dövlətə, bu Dövlətin Başçısına sevgisini ifadə etmələri üçün yaxşı şansdır…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər