BolgeXeber.Com » Analitika » "ADY"QSC-də milyonluq maliyyə maxinasiyası və ya "Bermud üçbucağı"nın tərəfləri

"ADY"QSC-də milyonluq maliyyə maxinasiyası və ya "Bermud üçbucağı"nın tərəfləri

5-11-2015, 11:01
Oxunub: 5 128 "ADY"QSC-də milyonluq maliyyə maxinasiyası və ya "Bermud üçbucağı"nın tərəfləriGəncə dəmir yolu idarələrində baş vermiş adı gedən maliyyə maxinasıyalarını kimlər , hansı zamandan həyata keçirirlərmiş?

Redaksiyaya daxil olan məlumata görə bu ilin ilk altı ayının yoxlamaları zamanı "ADY"QSC-nin Gəncə istiqamətində uzun illərdən bəri davam edən maliyyə maxinasiyalarının nəhayət üstü açılıb. Yəni bu ilin fevral ayında "ADY"QSC-yə yeni təyin olunan sədr, Cavid Qurbanovun göstərişi ilə aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, tək Gəncədə, bir neçə dəmir yolu idarələrində maliyə maxinasiyaları aşkar olunub. Sən demə uzun zaman imiş ki, Gəncədə Qərb istiqamətində yükdaşıma departamentində (sabiq rəisi Füzuli Kərimov, Nəqliyyat naziri Ziya Məmmədovun qohumu, eyni zamanda nazirin qardaşı Nəriman Məmmədovun yaxını və onun bölgədəki informatoru), lokomotiv deposunda (sabiq rəisi Faxrəddin Rzayev) və infrastruktur departamentinin 5 saylı müəssisəsində müdhiş maliyə maxinasiyaları davamlı şəkildə həyata keçirilirmiş.

Maliyyə maxinasiyalarının aparıldığı dəmir yolu idarə və müəssisələrdə büdcə vəsaitinin çatışmamazlığı ilə bağlı ixtisarlaşma aparıldığı bir zamanda büdcənin bu şəkildə bir neçə şəxs tərəfindən talanmasından ola bilməzdi ki, daha yuxarı instansiyaların məlumatı olmasın. Aparılan " maliyyə əməliyyat"larının davamlı şəkildə olmasının maraqlı məqamı isə ondan ibarətdir ki, "ADY"QSC-na Cavid Qurbanovun təyinatına qədər maliyyə sektorunun rəisi olan nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, eks -deputat Elton Məmmədovun isə oğlu Elşən Məmmədovun adı hələlik illərdən bəri davam edən müdhiş maxinasiyada hallanmır.

Gəncə dəmir yolu idarələrində baş vermiş adı gedən maliyyə maxinasıyalarını kimlər , hansı zamandan həyata keçirirlərmiş?

Cavid Qurbanovun təyinatından sonra aparılan yoxlamaların nəticəsi olaraq 2015-ci ilin ilk altı ayında yükdaşıma, infrastruktur departamentlərində və o cümlədən Gəncə lokomotiv deposunda 1.000.000 manata yaxın məbləğin kimlər tərəfindən mənimsənilməsi

aşkar olunsa da hələlik tam olmasada həmin məbləğin müəyyən hissəsini "ADY"QSC-nin büdcəsinə qaytarılması baş tutmuşdu.

Müdhiş maliyyə maxinasiyanın təşkilatçıları isə hələ də iş başındadırlar. Bunlar kimlərdir, hal-hazırda dəmir yolu idarələrində hansı postlarda və kimlərin himayəsindədirlər?

Məlumat üçün bildiririk ki, bütün zamanlarda ,yəni 1998-ci ildən 2015-ci il uyul ayına qədər Gəncədə dəmir yolu yalnız bir rəhbər işçinin ,Qərb istiqamətində yükdaşıma departamentinin rəsmisi Füzuli Kərimovun fitfası ilə çalışıb desək yanılmarıq. Əslən Ucar rayonundan olan, nəqliyyat naziri Ziya Məmmədovun qohumu ,Nəriman Məmmədovun isə yaxın dostu olan Füzuli Kərimov bütün zamanlarda "ADY"QSC-nin nəinki Gəncədə eləcədə ona yaxın olan rayonları "əlində" saxlamağı uzun müddət bacardığından adı gedən müdhiş maxinasiyanın təşkilatçısı da ola bilərdi. Onunla birgə bu işdə ona rəsmisi olduğu idarənin baş mühasibi Həsən Mehdiyevin bütün zamanlarda yardımçı olması isə danılmazdı.

Bundan başqa maxinasiya əməliyyatında iştirak edən daha bir üzv;deyilənə görə 2011-ci ildən Ziya Məmmədovun təşəbbüsü ilə Gəncə lokomotiv deposunun rəisi olan Ağstafa rayonundan gəlmiş Faxrəddin Rzayev adı gedən"dəstə"yə,"dəstə rəhbəri"nin təşəbbüsü iləmi, və ya onun etimadını qazanandan sonra milyonluq "əməliyyat"a qoşula bilib. Təbii ki, sabiq rəis Faxrəddin Rzayev adı gedən maxinasiya dəstəsinə tək təşrif buyurmayıb, mütləq şəkildə onunla birgə bu "əməliyyat"da ona həmrəy Lokomotiv deposunun illərdən bəri işinin sənətkarı olan baş mühasib Güləsər Yaib qızı Əliyeva (ləqəbi Sveta) olmuşdu. Yeri gəlmişkən Faxrəddin Rzayev haqqında qısa arayış verək. Ali təhsili olmadan uzun müddət 1000 nəfərə qədər kollektivi olan Ucar-Böyük- kəsik arasında lokomotiv deposunun 2011-ci ildən rəisi işləmiş Faxrəddin Rzayev 2010-cu ildə Ziya Məmmədovun mediyaya dəmir yolunda aparılacaq ixtisarlaşma ilə bağlı açıqlama verdikdən dərhal az sonra , yəni 2011-ci ildən başlayaraq minimal olaraq 300 nəfər işçi qəbul etmişdi . İşçilərin hər birinin işə qəbulunu 3000-5000 manat arası"tərləmə"sini nəzərə alsaqda almasaqda hal-hazırda məhz

lokomotiv deposunda elə o sayda , daha doğrusu 150 nəfər işçinin işsiz qalmasından əlavə daha 180 nəfərin ixtisarlaşmasıda gözlənilir. Maraqlı məqamda bu idarədə odur ki, ixtisarlaşma son işə qəbul olunanlar arasında deyil, illər öncə işləyən fəhlələr arasında aparılır. Bu isə sonuncu qəbul olunanların "toxunulmazlığ"ının nədən qaynaqlandığı anlamına aydınlıq gətirir.

Və sonuncu üçbucağın üçüncü tərəfi isə infrastruktur departamentinin Gəncədəki 5 saylı müəssisəsinin profesional baş mühasibi Nurlana Sultan qızı Hüseynova olmuşdur. Adı gedən "ittifaq"a baş mühasib rəisi ilə "anlaşması" olmadığından özünə yardımçı olaraq uzun müddət bir binada çalışdığı yol istismarı rəisi Müzəffər Həsəncanovla birgə qədəm qoymuşdu. Onuda qeyd edək ki, 2010-cu ildə Gəncə dəmir yollarının istismarı idarəsinin yerində 5 saylı müəssisə qurulana qədər elə adı gedən müəssisənin rəisi Müzəffər Həsəncanovla birgə baş mühasib vəzifəsində çalışan Nurlana Hüseynova olmuşdu. Qeyd edək ki, Nurlana Hüseynovanın adı illər öncə işlədiyi "dəmir -beton,daş çınqıl"kimi adlanan müəssisədə də belə bir maxinasiyalarda hallanmışdı. 2015-ci il ilk altı ayın yoxlamasının nəticəsindən məlum olub ki, 5 saylı müəssisədə aparılan maxinasiyanın sonuncları o biri idarələrin birlikdə qədərinə, bəlkədə bir az artıq ,yəni 420.000 manat civarında hesablanıb.Yol istismar idarəsinin sahə rəisi Müzəffər Həsəncanov haqqında qısa arayış verək. Bütün zamanlarda vəzifə arxasınca qaçaraq reket jurnalistlərə sponsorluq edərək dəmir yolundan mətbuatda məqalələr dərc etdirməyə meylli olan M.Həsəncanov dəmir yolunda özünə arxa bildiyi yaxın qohumu Rostov dəmir yolu institutunda ata-Kolesnikovun rektor işlədiyi zamandan təsərrüfat işlərinin rəhbəri olan Yusif Baqiyevdi.Bundan əlavə daha bir dayağı isə MTN-də çalışan qudasıdır. Onun "mühafizə"sinin qorunması hesabina əməliyyatda iştirak etməkdən çəkinməmiş və orada fiqur sayılmasına zəmin yaradıb. Eyni zamanda o, oğlu Səbuhi Həsəncanovun Rostov şəhərindən gətirdərək birbaşa Gəncə lokomotiv deposuna kadrlar şöbəsinə şöbə müdiri olduğu halda,birbaşa kresloya oturtması onun dəmir yolundakı əlaqələrindən xəbər verir.

"Bermud" əməliyyatı zamanı əldə olunan qazancın harada olması daha doğrusu əməliyyat iştirakçilarının əldə etdikləri məbləğləri hara, nəyə, daha doğrusu hansı obyektlərinə sərf olunması haqqında məlumat almaq üçün növbəti sayımızı izləyin.

P.S. Bu kimi "əməliyyatlar"dan "ADY"QSC-nin daha hansı idarələrində aparılması haqqında hələlik araşdırmamımız davam etdiyindən daha sonra məlumat verəcəyik.

GundemXeber.az