BolgeXeber.Com » Analitika » Başçının "Qarabulaq"ı Vidadi Zeynalovun restoranı olub? - ARAŞDIRMA

Başçının "Qarabulaq"ı Vidadi Zeynalovun restoranı olub? - ARAŞDIRMA

10-11-2015, 12:39
Oxunub: 5 614 Başçının "Qarabulaq"ı Vidadi Zeynalovun restoranı olub? - ARAŞDIRMAŞamaxılılar Asif adından heç bir vəchlə qurtula bilmirlər

2013-cü ilə qədər qədim şəhərə Asif Məmmədov rəhbərlik edirdisə, ardınca onu adaşı Asif Ağayev əvəzləməkdədir. Və hər iki icra hakiminin idarəçiliyi dövründə Şamaxı inkişaf etməyib. Əksinə, hər iki icra başçısının bioqrafiyasına nəzər salmaq kifayət edir ki, neqativ faktlar sadalayasan.

TİA.AZ-ın araşdırma qrupu bir aya yaxındır Şamaxıda gedən proseslər haqda apardığı jurnalist təhqiqatlarına yekun vurub. Bu araşdırmanın nəticəsində ölkə gündəmini silkələyə biləcək mühüm faktlar meydana çıxıb.
Onlardan başlıcası iş adamlarının reket fəaliyyəti ilə məşğul olan məmurlar tərəfindən şantaj olunmasıdır. Onların təlimatlandırılmasında Şamaxı icra başçısı Asif Ağayev və Şamaxı TeleKommunikasiya Qovşağının rəisi Faiq Hümbətov xüsusi rola malik olub.

F.Hümbətovun Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbs edilən aparat rəhbəri Vidadi Zeynalova arxayın olması sahibkarlara qarşı özbaşına davranış üçün əlverişli imkan yaradıb.

Rayonda 500-dən çox sahibkar fəaliyyətdədir. Onların sıxışdırılması, müxtəlif təzyiq rıçaqları ilə boğulub, maliyyə resurslarının əlindən alınması, aylıq bac-xərac verməyə məcbur edilməsi məhz A.Ağayevlə F.Hümbətov tandeminin fəaliyyətindən qaynaqlanıb.

Araşdırmalar icra başçısı ilə TKQ rəisinin sahibkarlar qarşısında hansı qanunsuzluqlara yol verdiyini ortalığa çıxarıb. Yerli qaynaqların verdiyi məlumata görə, F.Hümbətov V.Zeynalovun himayəsində A.Ağayevin biznesmenlərə qarşı “səlib yürüş”nü həyata keçirmək üçün dinləmə qurğularını ən yüksək səviyyədə işə salıb.
Bu məqamda dövlət başçısı İlham Əliyevin son çıxışlarından birində dediyi “bəzi hallarda nəinki rüşvət alınıb, reketlik edilib” bəyanatı yada düşür. Mənbənin iddialarına görə, icra başçısı Şamaxı sahibkarlarına divan tutmasına görə hazırda olduqca gərgin vəziyyətdədir.

Mənbə qeyd edir ki, 100-ə yaxın iş adamı prezidentə bu haqda faktlara əsaslanmış məktub göndərib. Məktubun surəti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də ünvanlanıb.
icra başçısının ATS rəhbəri və onun hamisi olan məhbus məmur V.Zeynalovla əlaqələrinin təsdiqləyən başqa bir detal da üzə çıxıb. V.Zeynalovun Şamaxının Məlhəm və Çuxuryurd kəndləri arasında böyük bir istirahət mərkəzi fəaliyyət göstərir. Bura məkana F.Hümbətov və oğlanları nəzarət edir. Onun böyük oğlu Famil Hümbətov Şamaxı TKQ-nın Az 56 AA 076 nömrəli xidməti avtomobilini öz şəxsi avtomobili kimi istifadə edir.
İcra başçısı ilə hesablaşmayan iş adamları ilə haqq-hesab çürütmək üçün onlar sözügedən istirahət mərkəzinə məcburi qaydada gətirilir və profilaktik söhbət aparılır. Onlara kobud şəkildə izah olunur ki, A.Ağayevlə kəllə-kəlləyə getməyin, qanuni fəaliyyətin perspektivi yoxdur və yaxşısı tezliklə “imana qayıtmaqdır.
Bu məlumatların prezidentə ünvanlanan müraciətdə öz əksini tapması Şamaxının icra başçısını möhkəm təlaşlandırıb.
Son hadisələr - MTN və RYTN-də gedən həbslər, bir şəbəkənin ifşası Şamaxı rəhbərliyini bərk həyəcanlandırıb. Eyni zamanda V.Zeynalovun istirahət mərkəzinin fəaliyyəti də qeyri-müəyyəndir.
Onu da deyək ki, A.Ağayevin idarəçiliyi rayonu ayağa qaldırıb. Seçkidən sonra rayonda qarışıqlığın yaranmasına səbəbkar olan rayon rəhbəri adını “qara siyahı”ya saldırıb.
Daha əvvəl Göylər kəndinin 200-ə yaxın sakini icra nümayəndəsinin işdən çıxarılması və yollarının bərbad olmasına etiraz ediblər. Bu məqsədlə Şamaxı İcra Hakimiyyətinin binası önündə etiraz aksiyası keçirilib.
Etirazçılar bildiriblər ki, Şamaxıda idarəçilik tamamilə nəzarətdən çıxıb. Buna səbəb kimi isə icra başçısının işdə tapılmaması, rayonda özbaşınalıq üçün şərait yaratmasını göstəriblər. İcra başçısının müavini Qasımov rayonu idarə edən şəxsdir. Onun I müavini Qasım Qasımovun daha artıq nəzərə çarpması müəyyən məqamlara sanki bir işarədir.
Başçı onun adından istifadə etməklə Pirqulu dağındakı obyektlərdən bir neçəsini nüfuz dairəsinə əlavə edib. Son bir neçə ilin statisikasına nəzər yetirilsə, Şamaxının səfalı guşələrində torpaq sahələri əldə etmiş məmurların əksəriyyəti Asif Ağayevlə sıcaq münasibətdə olanlardır.
İcra başçısı müavinin əli ilə Pirquluda və rayonun başqa mənzərəli yerlərində torpaq satışı ilə dolayısı ilə məşğul olur. Həmin ərazilərdə yaşayan sakinlərin torpaqları isə, müxtəlif bəhanələrlə zorla əllərindən alınır.

Yeri gəlmişkən, Şamaxıda rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin Qasım Qasımova “işlədiyi” barədə rayon ziyalıları zaman-zaman həyəcan təbili çalıb.
Təkcə “Eloğlu-M” şirkətinin vasitəsilə Şamaxı rayon təhsil şöbəsinin 500 min manatlıq vəsaitləri mənimsənilib. Daha doğrusu, rayonun təhsil müəssisələri üçün bu şirkətin vasitəsilə guya bərk inventar, maşın və avadanlıqlar alınıb.
Başçının "Qarabulaq"ı Vidadi Zeynalovun restoranı olub? - ARAŞDIRMA
Başçının "Qarabulaq"ı Vidadi Zeynalovun restoranı olub? - ARAŞDIRMA