BolgeXeber.Com » Analitika » MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

19-11-2015, 12:20
Oxunub: 7 390 MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!“Novruz Əliyev lovğalanaraq arxalarında Milli Təhlükəsizlik nazirinin yaxın adamı “Akula Akif”in dayandığını, istənilən yeri istədikləri qiymətə ala biləcəklərini bildirdi…”

“Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana XƏYANƏT edirlər.

Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”. Bu fikirlər prezident İlham Əliyevin Sumqayıta bir neçə gün əvvəlki səfəri zamanı ictimaiyyət qarşısında çıxışından götürülüb.

Prezident həmçinin bildirib ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur: “Bütün bunlara son qoyulur və SON QOYULACAQ. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək…
MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!
Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da CƏZALANDIRILACAQ, artıq ictimaiyyət bunu görür və görəcək”.

Prezident iş adamlarını səslərini ucaltmağa, korrupsionerləri ifşa etməyə çağırıb

Qeyd edək ki, bundan əvvəl də prezident həm Nazirlər Kabinetinin üzvlərilə keçirdiyi müşavirələrdə, həm də ictimaiyyət nümayəndələrilə görüşlərində dövlət məmurlarının korrupsiya və monopoliya yaratmaqla iş adamlarını sıradan çıxarmasının Azərbaycan dövlətinin gələcəyinə vurulan ən böyük zərbə olduğunu bildirib. Və belə hallara qarşı sərt cəza tədbirləri həyata keçiriləcəyini bəyan edib.
MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!
Son aylar həyata keçirilən tədbirlərlə, işgüzar mühitin tam liberallaşmasına xidmət edən qərarların, sərəncamların verilməsi ilə yanaşı sahiblkarların qəniminə çevrilmiş MTN-dəki bandanın məhv edilməsi deyilənlərin yalnız sözdən ibarət olmadığını əyani sübut edir. “Bu istiqamətdə siyasi iradə var” deyən ölkə başçısı, iş adamlarının boğulmasına səbəb olan “zəncirin əsas halqasını” qoparmaqla, kimsənin toxunulmaz olmadığını hər kəsə nümayiş etdirdi.

Bu prosesi davam etdirmək, “zəncirin digər halqalarını da” qoparıb atmaq üçün, Prezident ictimai nəzarətin vacibliyini bildirib və hamını bu istiqamətdə səfərbər olmağa çağırıb.

Bununla bağlı Prezident iş adamlarına müraciət edərək bildirib: “Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, DƏRHAL SƏSİNİZİ QALDIRIN. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçü götürülür”.

Prezidentin bu cağırışı, əlbəttə ki, cavabsız qalmayacaqdı və qalmır. Öz maraqları naminə sahibkarları sıxışdıran, qanunsuz yollarla onların biznesini əlindən alan və beləliklə, prezidetin sözlərilə desək, Azərbaycana xəyanət edən belə məmurların ifşası getdikcə genişlənməkdədir. Artıq iş adamları qarşılaşdıqları problemləri çəkinmədən, açıq şəkildə səsləndirməyə, korrupsiya ilə məşğul olan, monopoliya yaradıb iş adamlarını sıradan çıxaran məmurları barmaqla göstərməyə başlayıblar.
Belə məmur özbaşınalığı ilə qarşılaşan, qanunsuz, kriminal vasitələrlə biznesi əlindən alınan iş adamlarından biri də “Mediaqraf” MMC-ni yaradaraq, ölkədə reklam biznesinin əsasını qoymuş İsmayıl Səlimovdu.

Reklam və İnformasiya İdarəsində büdcə vəsaitləri talanır

MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!İsmayıl Səlimovun bir iş adamı kimi hansısa qanunsuzluqlarla qarşılaşması barədə danışmazdan öncə paytaxtın reklam bazarındakı vəziyyətlə bağlı bu yaxınlarda açıqlanan bir faktı xatırlatmaq istərdik. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin açıqlamasına görə, illik reklam büdcəsi təxminən 1.250.000 manatdır.

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyevin açıqladığı rəqəmlərdən isə belə məlum oldu ki, paytaxtda təkcə reklam şitlərinin icarəsindən əldə olunan vəsaitin büdcədən yayındırılan hissəsi minimum 15 milyon manatdan artıqdır. Sitat: “Təkcə Bakıda ölçüsündən asılı olmayaraq mövcud olan reklam lövhələrinin sayı, ilkin nəticəyə görə, 2500-dür. Orta hesabla bir ədəd reklam lövhəsinin aylıq icarəsi 400-700 manat arası dəyişir. Bu isə o deməkdir ki, bir reklam lövhəsinin illik icarəsi orta hesabla 6600 manat təşkil edir. 6600 manatı 2500-ə vurduqda isə 16.500.000 manat edir. Bu, təkcə reklam lövhələrinin hasabatıdır. Deməli, söhbət büdcədən yayındırılan milyonlardan gedir”.MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

Bura reklam lövhələrinin hazırlanmasına, quraşdırılmasına görə alınan rəsmi və qeyri-rəsmi vəsaitləri, icarə haqlarının rəsmi rəqəmlərdən xeyli baha olmasını, xüsusi lövhələr olmadan yerləşdirilən reklamlara, hətta obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü göstərən lövhələrə, qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlara və sairə görə yığılan vəsaitləri nəzərə alsaq, bu sahədən hər il 10 milyonlarla dolların şəxsi ciblərə getdiyini söyləyə bilərik.

Təsadüfi deyil ki, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da reklam biznesinin 89 faizinin “kölgə iqtisadiyyatı”nın payına düşdüyünü açıqlayıb.

Bu sahədə “kölgə iqtisadiyyatı”nı çiçəkləndirən və ondan bəhrələnən isə reklam bazarında monopoliya yaradan vəzifəli şəxslərdir. Bəs kimdir bu vəzifəli şəxslər və onlar hansı vasitələrlə paytaxtın reklam bazarını inhisara alaraq, hər il 10 milyonlarla dollar qanunsuz qazanc əldə edirlər?

Bunların kimliyini ölkədə reklam biznesinin əsasını qoymuş İsmayıl Səlimovun başına açılan oyunlar aydın şəkildə ortaya qoyur.

Baş Prokurorluğun işçisi niyə sahibkar oldu?

İlk növbədə qeyd edək ki, İsmayıl Səlimov ixtisasca hüquqşünasdı. Moskva Dövlət Universitetini bitirib, SSRİ Baş prokuroru yanında xüsusi əhəmiyyətli işlər üzrə müstəntiq işləyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə dönərək, ölkənin baş prokurorluğunda eyni vəzifəni tutub.

Özünün dediyinə görə, vətənə dönməsinə əsas səbəb həmin dövrdə mərhum prezident Heydər Əliyevin MDB ölkələrində çalışan peşəkarları Azərbaycana qayıdaraq dövlət qururculuğuna yardım etməyə cağırması olub.

Bir müddət prokurorluqda çalışdıqdan sonra hələ Rusiyada olarkən öyrəndiyi reklam biznesinə başlamağı qərara alır. Bu məqsədlə 1998-ci ildə “Mediaqraf” firmasını yaradır. Dövlət vəzifəsində olan şəxsin qanunla bizneslə məşğul olması qadağan edildiyindən, İ.Səlimov Baş Prokurorluqdakı vəzifəsindən könüllü olaraq çıxır…

Beləliklə, İ.Səlimov Azərbaycan üçün yeni olan bir sahədə biznes fəaliyətinə başlayır. Asan olmasa da, işgüzarlığı və Rusiyada öyrəndikləri qısa müddətdə müəyyən uğur əldə etməsinə şərait yaradır. Bunda təbii ki, Qərb texnoligiyasından və müasir reklam daşıyıcılarından istifadə etməsinin də rolu az olmur. Ölkədəki iqtisadi inkişaf, şirkətlərin, mağaza və ticarət obyektlərinin sayının artması, reklam bazarının genişlənməsi İ.Səlimovun firmasının da gəlirli bir təsərrüfata çevrilməsinə səbəb olur. Dövlətə vergilərini və digər ödəmələrini vaxtı-vaxtında həyata keçirən “Mediaqraf” 2009-cu ilə qədər problemsiz fəaliyyət göstərir.
MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!
Hacıbala Abutalıbov 6 ildir yubanan təyinatı…

Ancaq həmin il paytaxtın reklam bazarına nəzarətin yeni bir şəxsə həvalə olunması bu sahədə çalışan bir çox şirkətlər kimi İ.Səlimovun “Mediaqraf” firmasının da fəaliyyətinə son qoyulması ilə nəticələnir.

Belə ki, İ.Səlimovun sözlərinə görə, 2009-cu ildə Bakı şəhər İcra Hakimiyyətinin (BŞ İH) başçısı Hacıbala Abutalıbov Əli Əsgər oğlu Əsgərovu Reklam və İnformasiya İdarəsinə rəhbər vəzifəsini icra edən təyin edir. Ə.Əsgərov eyni zamanda BŞİH-də ümumi şöbənin müdiri vəzifəsində çalışır. Yəni eyni vaxta iki vəzifəni daşıyır.

Qanunun bir adamın 6 ildən artıqdır 2 vəzifəni aparmasına nə dərəcədə imkan verdiyini söyləməkdə çətinlik çəksək də, ötən uzun dövrdə Hacıbala Abutalıbovun paytaxtın böyük bir idarəsinə rəhbər təyin etməməsinin və səlahiyyətlərin icrasını Əli Əsgərova tapşırmasının yəqin ki, özəl səbəbləri var…

Ancaq Reklam və İnformasiya İdarəsinə Əli Əsgərov rəhbər təyin olunduqdan sonra bu sahədə çalışan iş adamlarının qara günləri başlayır. Əli Əsgərov sahəni tam ələ keçirmək üçün ilk növbədə bazarda fəaliyyət göstərən tanınmış şirkətləri sıradan çıxarmağa başlayır. Bu siyahıda da ilk yerdə İ.Səlimovun “Mediaqraf” firması gəlir.

Əli Əsgərov qısa müddətdə reklam bazarında fəaliyyət göstərən iş adamlarını “təmizləməklə”, özünün yaratdığı firmaları alternativsiz qoyur. Bu haqda bir qədər sonra…

İdarə rəhbəri reklam firmasını məhv etmək üçün üçün ağılasığmaz üsullara əl atır

İ.Səlimovun sözlərinə görə, Əli Əsgərov onun firmasını sıradan çıxarmaq üçün nəinki rəhbər şəxsə, ümumiyyətlə insanlığa, kişiliyə yaraşmayan metodlardan istifadə edib.

Belə ki, əvvəlcə departamentdən “Mediaqraf”ın adına irad məktubları göndərməyə başlayırlar. Müştərilər heç bir şikayət etmədiyi halda, hardasa şitin əriməsi, hardasa reklam lövhəsinin küncünün qopması bəhanəsilə firmanın fəaliyyətini əngəlləmək üçün “hüquqi əsas” hazırlayırlar. Bununla paralel olaraq firmanın gəlirlərindən də pay istəyirlər.

İ.Səlimovun sözlərinə görə, ümumiyyətlə, Əli Əsgərov fəaliyyətə başlar-başlamaz reklam şirkətlərindən alınan qeyri-rəsmi vəsaitin həcmi artırılır. Firmalar da məcburiyyətdən bununla razılaşırlar. “Bir gün “Mediaqraf”a direktor təyin etdiyim Qəmbər Dadaşov mənə dedi ki, bu acgözlərin ağzını yummaqdan bezmişəm. İndi bütün gəliri istəyirlər. Ancaq səninlə görüşmək istəyirlər”, deyə İ.Səlimov bildirir.
MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!
Sahibkarın sözlərinə görə, görüş zamanı Ə.Əsgərov ona Prezidentin və rəsmi qonaqların mərkəzi yollardan keçməsi bəhanəsilə iki bahalı bannerinin sökülməsi göstərişini verir. Və bunu “yuxarıların” göstərişilə izah edir. İ.Səlimov da sifarişçilərdən üzr istəyərək, onlara təzminat ödəyir və bir neçə saata həmin bannerləri sökür.

Sonradan İ.Səlimovla söhbət edərkən Ə.Əsgərov ondan sifarişçilər barədə soruşur, aldığı məlumatları blaknotuna qeyd edir. Heç nədən şübhələnməyən İ.Səlimov onların adlarını deyir.

Təxminən bir neçə gün sonra sökülən reklam lövhələrinin yerində təzə qurğular qoyulur. Qurğuları qoyan adamlar bu işin Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin razılığı ilə görüldüyünü bildirirlər.

“Mediaqraf”ın qurğuları dağıtdırılır, sonra da satmaq təklifi edilir

İ.Səlimov bu hadisənin şokundan çıxmamış növbəti təxribatla üzləşir. Belə ki, Səlimova hər gün xəbər verilir ki, şəhərin bu və digər yerlərində firmanın quraşdırdığı bahalı reklam bannerləri kimlərsə tərəfindən qəsdən korlanır. Maraqlısı odur ki, reklamları seçərək korlayırdılar.

İ.Səlimovun sözlərinə görə, “Mediaqraf”ın qurğularını kimlərin məhv etdiyini qısa müddət sonra öyrənir: “Təzəcə quraşdırılmış bir reklam qurğusunu günün günorta çağı gürzlə, çəkiclə dağıdan bir dəstə adamla firma işçilərinin davası düşəndə məsələ tam aydın oldu. “Mediaqraf”ın təsadüfən o küçədən keçən işçilərinin gözləri qabağında zəhmətləri məhv edilirdi. Bunun səbəbini soruşduqda, “biz əmri yerinə yetiririk” deyiblər”.
İ.Səlimov hadisə yerinə vaxtında çatıb, hər iki tərəfi sakitləşdirdikdən sonra öyrənir ki, reklam qurğuları Əli Əsgərovun şəxsi göstərişilə sökülür.
Bununla bağlı İ.Səlimov məhkəməyə müraciət edir. Elə həmin vaxt Əli Ələsgərovun yaxın dostu, “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubov İ.Səlimova firmasını satmağı təklif edir. İ.Səlimov da “Mediaqraf”ın 600-700 min qiyməti olduğunu bildirir.

Bundan sonra “Mediaqraf”a qarşı ard-arda həyata keçirilən təxribatların sayı daha da artır. Məqsəd İ.Səlimovu ya firmanı bağlamağa, ya da qarşı tərəfin istədiyi qiymətə satmağa məcbur etmək olur.

İdarə rəhbəri özünü əsl reket kimi aparır, firma direktorunu “satın alır”

Ancaq o zaman bundan məlumatsız olan İ.Səlimov baş verənlərin səbəbini öyrənmək üçün Əli Əsgərovla görüşməyə gedir.

Onun sözlərinə görə, Reklam və İnformasiya İdarəsinin rəhbəri özünü əsl reket kimi aparır: “Hansı əsasla bizim qurğularımızı sökdürdüyünü soruşduqda Ə.Əsgərov dedi ki, nəyi ləğv edib, nəyi quracağımıza biz qərar veririk. Əlavə etdi ki, bu sahənin tam şəriksiz və tək ixtiyar sahibi bizik. Bizim mülkiyyətimizdi, bizim resurslarımızdı! Ona görə də, mən bizə verilən hakimiyyətə əsasən sizin 27 yerinizi alıram!”.

İ.Səlimovun sözlərinə görə, dövlət qurumunun bu cür rəftarından heyrətə gələrək, bununla bağlı heç bir xəbərdarlıq edilmədiyini deyir. “Dedim ki, bu, özbaşınalıqdı. Firma o qurğulara nə qədər vəsait qoyub. Sifarişçilər də ödəniş tələb edəcəklər! Şikayət edəcəm”.

Bu zaman Ə.Əsgərov çoxmənalı tərzdə gülümsəyərək bildirir ki, direktorunuzun hər şeydən xəbəri var: “Hara istəyirsiz, müraciət edin! Sizdən aldığımız yerləri başqa firmalara vermişik. Söhbət qurtardı!”
Sonradan İ.Səlimova məlum olur ki, Ə.Əsgərov onun firmasına rəhbərlik edən Q.Dadaşovu necə deyərlər “satın alıbmış”. Ondan əvvəlcə firmanı çökdürmək üçün dəlil istəyir. Ancaq firmanın işləri şəffaf qurulduğundan belə dəlil əldə edə bilmir.

Bundan sonra isə Ə.Əsgərov firmanın müştəriləri barədə məlumatları tələb edir. Hətta İ.Səlimovun sözlərinə görə, Ə.Əsgərov Q.Dadaşova firma barədə ona lazım olan məlumatlar qarşılığında mərkəzdə reklam yerləri söz verir. Q.Dadaşov da firmanın müştəriləri barədə lazımı məlumatları Ə.Əsgərovu ötürür.

Səlimovun firmasının yerləri əlindən alınıb, yeni şirkətlərə verilirMTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

Təbii ki, həmin vaxt İ.Səlimov bunlardan məlumatsız olur. Yalnız ofisə gəldikdən və müştərilərlə əlaqə qurduqdan sonra öyrənir ki, onlar Reklam və İnformasiya İdarəsinin rəhbərliyinin təkidi ilə yeni firmalarla müqavilə bağlayıblar: “Bizim müştərilər artıq təzə açılmış, heç kimə tanış olmayan «ART MEDİYA SERVIS», «RMM QRUP» və «VVEL VISION» kimi firmalarla işləməyə başlamışdılar. İllərlə “Mediaqraf”la işləmiş müştərilərlə danışıq zamanı bunu nə üçün etdikləri bəlli oldu. Sən demə, departamentin rəhbəri vəzifəsini icra edən Əli Əsgərov və elə həmin şöbənin müdiri Zahid İsmayılov onları buna məcbur edib. Həm də müştərilərin etiraz etməməsi üçün ilkin dövrdə reklamlarını daha ucuz verə biləcəklərini bildiriblər. Onlar da razılaşıblar.”

Beləliklə, Əli Əsgərov əlindəki səlahiyyətlərdən istfadə edərək, İ.Səlimovun firmasını müştərisiz qoymağa və beləliklə məhv etməyə nail olur. Həm bir sahibkar sıradan çıxarılır, həm də onlarla adamın qazanc yeri olan iş yeri… Prezidentin sözlərilə desək, dövlətə XƏYANƏT edilir.
Sual oluna bilər: Ə.Əsgərovun məqsədi nə id ki, bütün bu yerləri “Mediaqraf”dan alıb başqa firmalara verirdi?

İdarə rəhbəri tenderlərdə arvadını adına yaratdığı şirkətləri qalib edir!
MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

Bu sualın cavabı İ.Səlimovun şikayətindən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorgusuna cavab olaraq, Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin 12 iyul 2013-cü il tarixli cavabından məlum olur.

Belə ki, gələn rəsmi cavabda «ART MEDIYA SERVIS» və «RMM QRUP» firmalarının vətəndaş Rüstəmova Nazilə Məmməd qızına, «VVEL VISION»un isə vətəndaş Məmmədov İlkin Yusif oğluna məxsus olduğu bildirilir.

Bəs kimdir bu şəxslər?

Nigahin qeydə alınmasına dair VVAQ-dan məhkəməyə gələn sənəddən məlum olur ki, Rüstəmova Nazilə Məmməd qızı Əli Əsgərovun həyat yoldaşıdır! İnsanda qanunlara hörmətsizliyi, harınlığı təsəvvür edirsinizmi?!

Bir məmurun hətta başqasının deyil, kobud səslənsə də, arvadının adına yaratdığı şirkət vasitəsilə paytaxtın reklam bazarını ələ keçirməsinə dünyanın hansısa bir ölkəsində rast gəlmək mümkündürmü? Yəqin ki, mümkün deyil.

Digər şirkətə gəldikdə isə, necə deyərlər, o da özgəsinin deyil. Məhkəmədə o da məlum olur ki, «VVEL VISION» şirkətinin sahibi Məmmədov İlkin Yusif oğlu həmin departamentin şöbə müdiri Zahid İsmayılovun qaynıdır.

Yəni, Reklam və İnformasiya İdarəsinin rəhbəri Əli Əsgərov və onun şöbə müdiri paytaxtin reklam bazarını inhisara almaq məqsədilə qarşılarındakı əsas maneəni – İ.Səlimovun şirkətini qanunsuz yollarla, zorakılıqla sıradan çıxarırlar. Əvəzində bazarı öz şirkətlərinin nəzarətinə alırlar.

Bununla Əli Əsgərov “Dövlət satınalmaları haqqında” qanunun “dövlət satınalmalarında maraqların ziddiyyəti”ndən bəhs edən 13.2 və 13.2.1-ci maddələri ilə müəyyən edilmiş qaydaları kobud surətdə pozsa da, qazanacağı böyük pulları düşündüyündən, bu onun üçün elə də əhəmiyyətli olmayıb.

Xatırladaq ki, həmin qanunun 13-cü maddəsində göstərilir ki, iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satın alan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.
Əli Əsgərov milyonlarla manatlıq tenderləri hansisa qohumuna deyil, birbaşa arvadının adına yaratdığı şirkətə verib. Elə bu məqsədlə də İsmayıl Səlimovun şirkətini məhv edib.

Antiinhisar Komitəsi Əli Əsgərovu 150 min cərimələyir, ancaq…

Ancaq İsmayıl Səlimov illər uzunu böyük zəhmət hesabına yaratdığı şirkətdən sakitliklə əl çəkmək istəmir. Qanunları bilməsinə və prokuror təcrübəsinə arxalanaraq mübarizəyə başlayır. İlk növbədə departamentin “Mediaqraf”a qarşı həyata keçirdiyi yolverilməz qanunsuzluqlar barədə bütün ali orqanlara, o cümlədən Prezident Administrasiyasına məktub yazır.

Cavab ancaq İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İsrehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətindən gəlir. Və onlar da Əli Əsgərovun qanunları kobud şəkildə tapdadığını açıqca bildirirlər. Xidmətin tərtib etdiyi 000196 saylı Aktda bütün bu qanunsuzluqlar açıq şəkildə göstərilir.

İqtisadi İnkişaf Nazirliyindən məhkəmənin sorğusuna cavab olaraq göndərilən məktubda da bu fakt əksini tapır: “Aparılan yoxlamalar nəticəsində, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin antiinhisar normativlərini pozduğu, səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq Departament 150 min manat cərimə edilmişdir. Yoxlama aktı məktuba əlavə edilir”.
İ. Səlimovun sözlərinə görə, Əli Əsgərov yalınz 150 min cərimə ödəməklə işi bağlaya bilmir. Həmin vaxt yayılan məlumatlara görə, Antiinhisar Komitəsinin əməkdaşlarına əlavə 150 min də verir ki, inhisarçı şirkətlərin məhz HƏYAT YOLDAŞINA aid olduğunu yazmasınlar.
Aktda yazılanlar və ödənilən cərimə Əli Əsgərovun Antiinhisar Komitəsinin ona qarşı irəli sürdüyü ittihamlarla razılaşdığını göstərir. Amma bu qədər ciddi sənəddən sonra da o nə qanunsuzluqlarından, nə də “Mediaqraf”a qarşı əməllərindən əl çəkmir.

Səlimov məhkəməyə üz tutur

İsmayıl Səlimov da departamentdən firmaya gələn, məzmun etibarı ilə ölkə qanunlarına və Antiinhisar Komitəsinin Aktına zidd olan bütün sənədləri toplayaraq, bu strukturun fərdi mülkiyyəti qanunsuz ələ keçirməsi ilə bağlı, qanunsuz əməllərinin araşdırılması və cəzalandırılması xahişi ilə Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edir. Məhkəmə iddianı qəbul edərək, istintaqa başlayır.

Məhkəmənin işi icraata götürməsi Ə.Əsgərovu qorxuya salır. Bütün qanunsuzluqlarını, dövlətin büdcəsini ARVADININ adına yaratdığı şirkətlə talamasının, reklam departamentinin tabeliyində olan müəssisələrdən, eləcə də paytaxtın büdcəsindən qanunsuz yollarla mənimsədiklərinin üzə çıxmasından qorxduğu üçün nəyin bahasına olursa-olsun, məhkəmənin “ağzını yummağa” çalışır.

Bu məqsədlə Ə.Əsgərov hökumətdəki dayaqlarının köməyinə əl atır. Dostlarının məsləhəti ilə “Bakı Hüquq Mərkəzi”nin direktoru, Vəkillər Birliyinin rəhbərlərindən olan Anar Bağırovun xidmətindən yararlanmağa başlayır. Bunun səbəbləri barədə növbəti yazıda.
MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!
“Bakı Hüquq Mərkəzi”nin direktoru Səlimova firmanı xoşluqla satmağı təklif edir

İsmayıl Səlimovun sözlərinə görə, hörmətli dostlarının köməyi ilə Anar Bağırov məhkəmə prosesinin qeyri-müəyyən vaxta təxirə salınmasına nail olur. Ortada böyük qanunsuzluqlar olduğundan və İsmayıl Səlimov sonuna qədər getməkdə qərarlı olduğundan, onu yola gətirmək istəyirlər.

Belə ki, İsmayıl Səlimovun dediyinə görə, onu gözlənilmədən “Bakı Hüquq Mərkəzi”nin ofisinə dəvət edirlər: “Mənimlə Anar Bağırov və Mehman Sultanov söhbət etdi. Söhbətimiz həmkarın-həmkarla söhbəti sayıla bilərdi. Bağırov məni inandırmağa çalışırdı ki, mənim işim heç bir nəticə verməyəcək. Dedi ki, o, Ədliyyə Nazirliyinin tabeliyində olan hakimlərin seçilməsi üzrə Komitənin üzvüdür. Heç bir hakim onun sözünün qarşısında söz deyə bilməz. Komandasının köməyilə istənilən işi poza bilər. Bu zaman o mənə öz firmamı xoşluqla, yaxşı pul müqabilində Əli Əsgərova satmağı təklif elədi”.

Alıcı kimi isə yenə Əli Ələsgərovun yaxın dostu, “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubovun cıxış etdiyi bildirilir. Ancaq onların 350 min manat verə biləcəyi qeyd edilir. Bir tərəfdə “Bakı Hüquq Mərkəzi”, digər tərəfdə Hacıbala Abutalıbovun yaxın qohumu Əli Ələsgərov olduğundan, İ.Səlimov təklifə razılaşır: “350 min manata razılığa gəldik. Bir neçə gündən sonra, sövdələşmə zamanı Gəray Yusubovun yaxın adamı Novruz Əliyev gəldi. O, lovğalanaraq arxalarında Milli Təhlükəsizlik nazirinin yaxın adamı “Akula Akif”in dayandığını, istənilən yeri istədikləri qiymətə ala biləcəklərini bildirdi…”

İşə Eldar Mahmudovun MTN-dəki bandası da qoşulur

Beləlilklə, işə Eldar Mahmudovun MTN-dəki bandası da qoşulur. Yada salaq ki, “Akula Akif”in birbaşa Eldar Mahmudovun tapşırığı ilə iş adamlarını tələyə salmaq,əmlakını və ya pulunu əlindən almaqla məşğul olduğu bildirilir.

Bu fakt həmdə göstərir ki, Əli Əsgərov qanunları yalnız Hacıbala Abutalıbova arxalanaraq deyil, həm də MTN-dəki məlum ”banda”ya güvənərək tapdayırmış.

Əlbəttə, Əli Əsgərovun Mahmudovun MTN-dəki bandası ilə işbirliyinə nə vaxtdan və hansı şərtlərlə başladığını söyləmək çətindir. Ola bilsin ki, MTN-dəki məlum banda Əli Əsgərovun ARVADININ adina şirkətlər açmaqla, paytaxtın reklam bazarını ələ keçirdiyini öyrənərək, onu cinayət məsuliyyətinə cəlb etməklə şantaj edib. Əli Əsgərov da bəlli şərtlərlə onlara işləməyə razılaşıb.

Hər halda Əli Əsgərov bir firmanı məhv edərək, onu Milli Təhlükəsizlik nazirinin yaxın adamlarına istədikləri qiymətə satmağa məcbur etməyə çalışırsa, bu fakt onun Mahmudovun MTN-dəki bandası ilə cox yaxın münasibətlərinin olduğunu ehtimal etməyə əsas verir. Bu ehtimalı yəqin ki, Respublika Prokurorluğundakı istintaq qrupu araşdıracaq.

“Akula Akif”ə zəngdən sonra Əsgərovun adamları iş adamının əmlakını dağıdır

MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

Biz qayıdaq sövdələşməyə. İ.Səlimovun sözlərinə görə, səhəri gün özünü Milli Təhlükəsizlik Nazirliyindəki məlum bandanın yaxın adamı kimi tədim edən Novruz Əliyev qiyməti öldürməyə başlayır. Qiymətin baha olduğunu deyərək, yalnız 250 min manat verməyə güclərinin çatdığını bildirir. Proseslərin hansı istiqamətdə getdiyini görən İ.Səlimov buna da razılaşır: “Mənə cüzi beh verdilər və sabah notarial qaydada alqı-satqı aktı bağlayacaqlarını bildirdilər”.

Ancaq səhəri gün “ağaları” ilə məsləhətləşən Novruz Əliyev İ.Səlimova cəmi 150 min manat verəcəklərini bildirir. Və təklifin “Akula Akif”dən gəldiyini deyir.

İ.Səlimov bununla razılaşmayaraq, dostları vasitəsilə “Akula Akif”ə çıxır.
Ancaq “Akula Akif”ə zəng əks nəticə verir. Səhəri gün Novruz Əliyev zəng edərək, MTN-çi bandanın adından onu hədələyir. Nəyi var, məhv edəcəklərini deyir.

Polisə müraciətin də nəticəsi olmur: digər Mahmudov məsələni qapadıb


Həqiqətən də bir gün sonra Əli Əsgərovun rəhbərlik etdiyi idarənin adamları İ.Səlimova məxsus bahalı avadanlıqlarla təhciz olunmuş bütün reklam daşıyıcılarını dağıtmağa, məhv etməyə başlayır. “Qısa müddətdə hər şeyimi talan elədilər. İndi heç nəyim yoxdur”.

Bu fakt da Əli Əsgərovun MTN-çi banda ilə bağlılığını təsdiqləyir. Hər halda “Akula Akif”in adamı İ.Səlimova əmlakını dağıdacağını bildirir və bunu Əli Əsgərovun adamları edirsə, başqa ehtimal ağla gəlmir.MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

Polisə müraciətin də nəticəsi olmur. Bu da təsadüfi deyil. Çünki həmin vaxt Səbail rayonunun polis rəisi Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudov idi. Polisin məsələyə müdaxilə etməməsi də İ.Səlimovun əmlakını məhz MTN-çi bandanın dağıtdırdığını təsdiqləyir.
Yəni, Əli Əsgərovla birgə hərəkət edən MTN-dəki məlum banda İ.Səlimovun firmasını məhv edir.

Bağırov gün kimi aydın bir işə baxılmasını 3 il uzadır və…

Əli Əsgərovun vəkili A.Bağırov isə gün kimi aydın bir işə baxılmasını düz 3 il uzadır. Təbii ki, hər ay haqqını almaqla. İ.Səlimovun sözlərinə görə, Əli Əsgərov ondan aldığı yerlərin, oğurluq reklam qurğularının hesabına əldə etdiyi vəsaitin bir hissəsini vəkillərə xərcləməli olur. Sonda isə güclü himayədarları olan Ə.Əsgərov İ.Səlimovun əleyhinə qərar çıxartdıra bilir. Təbi ki, sonrakı inistansiyalar da bunu təsdiqləyir.MTN-dəki “AKULA“ ilə əlbir olan məmur haqda – Həyat yoldaşının şirkətləri milyonları mənimsəyir!

Mübarizə isə davam edir: MTN-ci banda yıxıldı, bəs əlaltıları?

Ancaq İ.Səlimov mübarizəni davam etdirir. Hazırda iş Avropa Məhkəməsindədir. Avropa Məhkəməsinin İ.Səlimovun lehinə qərar çıxaracağı şübhə doğurmur. Burda isə qərarlar hansısa Əli Əsgərova, MTN-ci bandaya, Anar Bağırova qarşı deyil, Azərbaycan dövlətinə qarşı çıxarılır. Yəni, dövlətdə vəzifə tutan bir şəxsin tamahı və onun himayədarlarının qanunlara hörmətsizliyi Azərbaycan dövlətinin beynəlxalq imicinə ağır zərbə vurur. Elə həm də bu səbəbdəndir ki, Prezident İlham Əliyev iş adamlarını incidən, onlara qarşı qanunsuz hərəkətlər edən şəxslərin VƏTƏNƏ XƏYANƏT etdiyini bildirir.
Bu baxımdan “Mediaqraf” firmasını sıradan çıxaran, onun kollektivini işsiz və məvacibsiz qoyanlar da vətənə xəyanət edənlər sırasındadır.
Prezidentin şəxsən tapşırığı və nəzarəti ilə bu xəyanətkar ünsürlərin cəzalandırılmasına artıq başlanılıb. Yəni, xəyanət yuvasının br tətəfi dağıdılıb. Yəqin, yaxın müddətdə digər tərəflərinə də növbə catacaq.

Hər halda proseslərin inkişafı, MTN-dəki banda ilə işbirliyinə girərək, iş adamlarına divan tutan digər dövlət orqanlarında işləyənlərin də ifşa ediləcəyini və cəzalandırılacağını gözləməyə əsas verir. İ.Səlimovun başına açılan oyunlar BŞİH Reklam və İnformasiya İdarəsinin rəhbərliyinin də bu sırada olacağını düşünməyə əsas verir. Gözləyək…

Yazıda irəli sürülən iddia və ittihamlarla bağlı BŞİH Reklam və İnformasiya İdarəsinin rəhbəri Əli Əsgərovun mövqeyini öyrənmək cəhdlərimiz nəticə vermədi. Onun və yazıda adı keçən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.(azpolitika.info)