Təhsildə yeni rüşvət mənbəyi yaradırıq,nədir?
3-12-2015, 13:38
Oxunub: 5 143
“Dərsdən yayınmaya görə cərimələnməyi məqbul saymıram”
Inzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişıkliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələ barədə Bolgexeber.com- a açıqlama verən təhsil eksperti Nadir İsrafilov məcəlləyə təklif olunan dəyişikliyı düzgün hesab etmədiyini bildirib.
Ekspertə görə belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Bu əslində övladın əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri ciddi araşdırılmalı, məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.
N. İsrafilovun sözlərinə görə Sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzıfədən azad olunmaya qədər ən ağır cəza tətbiq olunurdu, rüb ərzində 40 saat dərs buraxan şagirdin biliyi isə qiymətləndirilməmış hesab olunurdu.
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla” şərtinə qalınca isə, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyatla bağlı məsələlərin də həlledici rolu vardır, onda bu cərimələr əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz.
“Hesab edirəm ki, dərs hesabına repetitor yanına gedənlərə şərait yaradanlara qarşı konkret və əməli tədbirlərin görülməsı bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilər. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir” - N. İsrafilov bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər