BolgeXeber.Com » Analitika » Təhsilimiz də cərimə ilə idarə olunacaq - Və ya 100 manatını ver istədiyin vaxt dərsə getmə
Təhsilimiz də cərimə ilə idarə olunacaq - Və ya 100 manatını ver istədiyin vaxt dərsə getmə
5-12-2015, 12:10
Oxunub: 5 281
"Bizə aydın olanı isə odur ki, çox güman Milli Məclis cəmiyyət üçün belə bir yabançı ideyanı dəstəkləyəndə “aylıq” alış- verişi sahəsində kifayət qədər təcrübəmiz olduğunu nəzərə alıb"
Təəssüflər olsun ki, Milli Məclis növbəti iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyninin 100 manat cərimə olunması barədə qərar çıxardı. Bu dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.
Məlum oldu ki, xalq tərəfindən seçilən, millətin elçilərindən formalaşan Milli Məclisi xalqın səsi əsasında formalaşan ictimai rəy qətiyyən maraqlandırmır. Layihənin Milli Məclisə təqdim olunduğu ərəfədə millətin sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan professorları Şahlar Əsgərov, Əjdər Ağayev, Firudin Cəlilov, ölkənin tanınmış təhsil ekspertləri Vurğun Əyyub, Etibar Əliyev, Məlahət Mürşüdlü, və bir çox digər ziyalılarımızın, hətta Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abiyevin belə gündəmə çıxarılacaq layihənin absurd xarakteri ilə bağlı sərt təpkilərinə məhəl qoyulmadı.
Belə çıxır ki, təhsilimiz də bundan sonra cərimə ilə idarə olunacaq, ən başlıcası isə istədiyin vaxt 100 manatını ödəyib, məktəbə getməyə bilərsən. Ancaq,bu 100 manatların aqibəti necə olacaq yəqin ki, bu barədə də ətraflı məlumatımız olar. Tətbiq olunacaq yeniliyin aqibətinin necə olacağına qaldıqda isə bunu da yəqin ki, tarixin hakimi olan zaman deyəcək. 
Bizə aydın olanı isə odur ki, çox güman Milli Məclis cəmiyyət üçün belə bir yabançı ideyanı dəstəkləyəndə “aylıq” alış- verişi sahəsində kifayət qədər təcrübəmiz olduğunu nəzərə alıb. Yəni bütün sahələrimizdə “aylıq” olduğu halda, elə isə “dərs aylığı” niyə olmasın?
Bəlkə, qonşu Türkiyədə olduğu kimi il ərzində 30 gün dərs buraxıldığı halda şagirdin təkrar sinifdə saxlanılması sisteminin tətbiq olunması təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərimizin məsuliyyətinin artırılması və valideynlərimizin əlavə maliyyə qayğılarından azad olunması üçün daha məqbul sayılardı? Kim bilir, bəlkə də məktəblərimizi cərimə sahəsində DYP ilə “sosializm yarışına” qoşublar? Hər halda bu dəfə də istəyimizdən asılı olmayaraq “təskinlik simvolumuza” sadiq qalmaq zorundayıq: “Keçənə güzəşt deyiblər”
Təəssüf, bir daha böyük hərflərlə Təəssüf.
Nadir İsrafilov, təhsil eksperti
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər