Vidadi Zeynalov pullarını ölkədən necə çıxarıb?
7-12-2015, 17:25
Oxunub: 6 718
Zeynalovun yaxın adamları pullarının bir qismini ölkədən çıxararaq, onları Türkiyədəki banklardan birinə yerləşdirib
Bir neçə gün əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun «qara kassası» olaraq tanınan şəxsin ölkədən qaçdığı barədə məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, Zeynalovun «xas» adamı olaraq tanınan Azər Lütfəliyev bu yaxınlarda ölkəni tərk edib və ailəsi ilə birlikdə xarici ölkələrdən birində yaşayır. Onun həmin məmləkətdə şəxsi evi olduğu bildirilir.
Mənbə bildirmişdi ki, Azər Lütfəliyev Vidadi Zeynalovun bütün biznesini idarə edib. Onun ixtiyarında sabiq aparat rəhbərinə məxsus hotellər, istirahət mərkəzləri, market və digər obyektləri olub. Onun Vidadi Zeynalovun həbsindən az əvvəl ölkəni tərk etməsi isə heç də xaricə istirahət məqsədiylə getdiyi anlamına gəlmir. Düzdür, bununla bağlı o yaxın adamlarına söz deyib. Lakin yevlaxlı Azərin ölkədən qaçdığı vurğulanırdı.
Bununla bağlı daxil olan yeni məlumatlarda isə qeyd edilir ki, Azər Lütfəliyev hazırda Türkiyədədir və o, Vidadi Zeynalovun təlimatı əsasında vaxtında ölkəni tərk edib. Hətta belə bir iddia var ki, Zeynalovun yaxın adamları pullarının bir qismini ölkədən çıxararaq, onları Türkiyədəki banklardan birinə yerləşdirib.
Hazırda isə həmin yaxın adamların əsas missiyası sabiq aparat rəhbərinin Azərbaycandakı obyektlərini sataraq, onların pullarını ölkədən çıxarmaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
**
Bu əsnada məlum olub ki, Vidadi Zeynalovun pullarının ölkədən çıxarılmasına yardımçı olanlardan biri də bank nümayəndəsi olub. JAM.AZ-a çatan məlumata görə, Zeynalovun ən yaxın adamlarından biri Rabitə Bankda çalışan və hazırda rəhbərlikdə çalışan şəxsdir. Həmin şəxsin sabiq aparat rəhbərinin qohumu olduğu da deyilir.
**
Son məlumatlara görə, Azər Lütfəliyev bu gün səhər saatlarında Azərbyacana qayıdıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər