Bakıda oğru “ovu” başlayıb
17-04-2012, 12:40
Oxunub: 7 369
“Eurovision” hazırlıqları sırasında bütün oğruların şəhərdən çıxarılması planlaşdırılıb, cibgirlərlə ciddi mübarizə planı tərtib olunub
Mayın 22-26-da Bakıda keçiriləcək “Eurovision” mahnı yarışmasına güc nazirlikləri də ciddi şəkildə hazırlaşır. Yerlərdən gələn xəbərlər onu deməyə əsas verir ki, yarışma keçiriləcək günlərdə Bakı küçələri çoxsaylı əcnəbi turistlərlə yanaşı, Azərbaycanın rayon, şəhər polis qurumlarının mülki geyimli əməkdaşları ilə də dolu olacaq.
“Bütün rayonlardakı polis idarələrinə tapşırılıb ki, mahnı yarışması keçirilən günlərdə heyətin böyük hissəsi mülki geyimdə olmaqla, Bakı şəhərinə ezam edilsinlər. Bundan başqa, polis akademiyasının müdavimləri də həmin günlərdə Bakı şəhərində asayişin keşiyində dayanacaqlar” - bu barədə hüquq-mühafizə orqanlarındakı qaynağımız məlumat verib.
Bir neçə gün əvvəldən isə Bakıda pasport qeydiyyat yoxlamaları həyata keçirilməyə başlayıb. Sahə və əməliyyat müvəkkillərinə kirayədə yaşayan şəxslərin kimlikləri, haradan gəlmələri, əvvəllər məhkum olunub-olunmamalarını ciddi şəkildə yoxlamaq tapşırılıb, şübhə doğuran şəxsi paytaxtdan çıxarmaq göstərişi verilib. Əvvəllər məhkum olunmuş şəxslərdən söz düşmüşkən, oğurluğa görə məhkum olunmuş, hazırda azadlıqda olan bütün vətəndaşlara indidən tapşırılıb ki, “Eurovision” günlərində Bakını tərk etsinlər, başqa bir məkanda olsunlar. Əks halda, onlar cəzalandırılacaqlar. Hüquq-mühafizə orqanlarının əsas qayğılarından biri isə cibgirlərlə bağlıdır. Aydın məsələdir ki, hər bir beynəlxalq və kütləvi tədbir dünyanın bütün ölkələrindəki cibgirlər üçün xüsusilə əlamətdardır. Üstəlik, heç şübhəsiz həmin günlərdə Bakıya başqa ölkələrdən də “sənətkar”lar gələcəklər. Bütün bunların qarşılığında cibgirləri necə dayandırmaq sualı hazırda Azərbaycanın hüquq-mühafizə orqanlarını ciddi düşünməyə və önləmlər almağa vadar edir.
Hüquq-mühafizə orqanlarındakı qaynağımız deyib ki, beynəlxalq mahnı yarışması zamanı ölkədə terror hadisələrinin baş verməməsi üçün də ciddi tədbirlər planı hazırlanır. Məlumdur ki, ölkə xaricindəki bir sıra qruplaşmalar “Eurovision”la bağlı ciddi təhdidlərlə çıxış ediblər.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qəzetimizə açıqlamasında deyib ki, beynəlxalq yarışmalar zamanı bir sıra terror təşkilatları da hərəkətə gəlirlər. O deyib ki, belə tədbirlər zamanı terror aktlarının həyata keçirilməsi ehtimalı qat-qat artır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə qəzetimizə açıqlamasında polis sahə inspektorlarının əsas vəzifələrindən birinin xidməti ərazidə pasport rejimi qaydalarının yoxlanılması olduğunu deyib.
/musavat.com/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər