BolgeXeber.Com » Analitika » “Aztelekom”un başı üzərində qara buludlar: yeni həbslər olacaq…

“Aztelekom”un başı üzərində qara buludlar: yeni həbslər olacaq…

1-03-2016, 11:35
Oxunub: 4 034 “Aztelekom”un başı üzərində qara buludlar: yeni həbslər olacaq…“Aztelekom” İstehsalat Birliyinin ləğv olunması gözlənilir

Həyata keçirilən struktur islahatları çərçivəsində adı çəkilən qurumun da ləğv olunması nəzərdə tutulub. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovun həbsindən xeyli müddət keçməsinə rəğmən bu quruma yeni rəhbərin təyin olunmaması da məhz bununla bağlıdır. Belə ki, yaxın günlərdə ölkə prezidentinin “Aztelekom” MMC-nin ləğv edilməsi haqda sərəncamı gözlənilir.
Bununla paralel olaraq “Aztelekom” MMC-də həbslərin olacağı da iddia olunur. Qaynağımız iddia edir ki, həbsdə olan “Aztelekom” rəhbəri M.Məmmədovun verdiyi izahatlarda adları keçən bəzi qurum rəsmilərinin saxlanacağı yəqinləşib. Bu məlumatla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız zamanı da ilginc məlumatlara rast gəldik. Məsələn həbsdən yayınması müəmmalə olan adlar sırasında mediada «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyevin adı daha çox çəkilib. Bu da səbəbsiz deyil, Zahir Vəliyev öz sahəsini mükəmməl bilən biridir və əgər ortada hər hansı bir dinləmə məsələsi varsa, bu prosesdən onun mütləq xəbəri olmalıydı. «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyevin məsuliyyətdən kənar qalması təbii olaraq bir sıra suallar da yaradıb. Xüsusən də Aztelekom» İB-də belə bir rəy hökm sürür ki, Zahir Vəliyevin məsuliyyətdən kənar qalmasına hansısa sehrli əl yardımçı olub. Əks təqdirdə, həm «Aztelekom» İB-nin direktorunun birinci müavini, həm də «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru olaraq Zahir Vəliyevin məsuliyyətdən kənarda qalması imkansız olardı. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Zahir Vəliyev baş direktoru Məhəmməd Məmmədovdan daha çox, Akif Çovdarovun dəstəsinə yaxın olub və bu dəstə məhz Zahir Vəliyevin əlaqəli şəkildə çalışdığı iddia olunur. Bu durumda Zahir Vəliyevin məsuliyyətdən kənar qalması doğurdan bir sıra sualların yaranmasına rəvac verir.
Hər şeydən əvvəl «Aztelekom» İB-də bütün texniki məsələlərə cavabdeh olan şəxsin deyil, baş direktorun həbc olunması kiminsə Zahir Vəliyevi birbaşa müdafiə edir. Qeyd edək ki, mənbə bu barədə daha ətraflı məlumata sahib olduğunu və gərəkirsə bir çox mətləblərə aydınlıq gətirə biləcəyini bildirir. Gedişatdan da belə görünür ki, heç bir səsi-sorağı olmayan və faktiki olaraq Məhəmməd Məmmədovun həbsindən sonra «Aztelekom» İB-yə rəhbərlik edən Zahir Vəliyev “MTN işi” istintaqından də yaxasını kənara çəkə bilməyəcək. Böyük ehtimalla istintaq yaxın vaxtlarda onunla bağlı araşdırmalara başlayacaq. Onu da bildirək ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur. Məlumatı göndərən şəxs yazır ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahi Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarını da bizə göndərib. Həmin məlumatda vurğulanır ki, Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. «Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar».
Məlumat üçün bildirək ki, “Aztelekom” rəhbəri M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.