BolgeXeber.Com » Analitika » Azərbaycanda yanvar ayında 5 min insan ölüb

Azərbaycanda yanvar ayında 5 min insan ölüb

18-03-2016, 18:23
Oxunub: 3 989 Azərbaycanda yanvar ayında 5 min insan ölübFevralın 1-ə qədər ölkə əıhalisinin sayı 0,1 faiz artıb

Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2016-cı il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9713,5 min nəfərə çataraq ilin əvvəlindən 7,9 min nəfər və ya 0,1 faiz çoxalıb.

Məlumata əsasən əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 nəfər qadın düşür.

Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,7 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,7 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub.

2016-cı ilin yanvar ayında ölkədə 5,0 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,1-yə qədər azalıb.

Cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,5 min nikah və 1,0 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,2 olub.

Cari ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 192 nəfər gələn və 117 nəfər ölkədən gedən qeydə alınıb.
Bolgexeber.com