BolgeXeber.Com » Analitika » Ötən il orta məktəbi "5"-lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini doğrulda bilməyib

Ötən il orta məktəbi "5"-lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini doğrulda bilməyib

29-03-2016, 15:26
Oxunub: 3 076 Ötən il orta məktəbi "5"-lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini doğrulda bilməyibÖtən il orta məktəbi "5"-lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini qəbul imtahanlarında doğrulda bilməyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ötən il tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,47%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib: “Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.

Komissiyadan bildirilib ki, ötən il qəbul imtahanlarından "2", "4" və "5" qiymət alanların faizi artıb, "3" qiymət alanların faizi isə azalıb. Ötən il abituriyentlərin 65 faizi qəbul imtahanından "2" (0-200 bal), 13.8%-i "3" (200-300 bal), 15.7%-i "4" (300-500 bal), 5.6%-i isə "5" ), (500-700 bal) qiymət alıb. 2012-ci ildə bu göstəricilər uyğun olaraq 64,7%, 15,1%, 15,5%, 4,8% olub.

Ötən il 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituruiyentlərin isə 22%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır: “Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan MR-sı Babək rayonunun ötən ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

Qeyd edək ki, hazırda TQDK tərəfindən yeni tədris ili üzrə aparılan tələbə qəbulu ilə bağlı statistik məlumatlar emal edilir. Yeni məlumatlar bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]