BolgeXeber.Com » Analitika » Azərbaycanda azyaşlı gəlinlərin daha çox olduğu rayonlar - VİDEO

Azərbaycanda azyaşlı gəlinlərin daha çox olduğu rayonlar - VİDEO

2-04-2016, 10:26
Oxunub: 5 073 Azərbaycanda azyaşlı gəlinlərin daha çox olduğu rayonlar - VİDEOSiyahıya “liderliyi” Şəki rayonu edir

2015-ci ildə azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb. Erkən nikah halları ən çox Şəkidə və Salyanda qeydə alınıb. Sonrakı yerlərdə isə Şabran və Ağsu gəlir.
Bolgexeber.com-un Xəzər xəbər-ə istinadən məlumatına görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2015 ci ildə erkən nikah hallarınin qeydə alındığı rayonların siyahısini açıqlayıb.

Siyahıya “liderliyi” Şəki rayonu edir. Burda ötən il 37 belə fakt qeydə alınıb. Rayondakı bəzi gənclər yaş həddinə əməl etmir və ya nikah müqaviləsi olmadan evlənir. Bu isə sonradan həmin gənclərin müəyyən problemlərlə üzləşməsinə gətirib çıxarır.

Rayon sakinlərinin əksəriyyəti erkən nikahın əleyhinədir.

Bu istiqamətdə yerli prokurorluq və pölis orqanlarının əməkdaşları da bir sira marifləndirmə işləri həyata keçirirlər.

Salyanda da ötən il 27 azyaşlı qız rəsmi nikaha girib. Bunu Ədliyyə Nazirliyinin Salyan qeydiyyat şövbəsi də təsdiqləyib. Qurumun məlumatına görə, azyşlıların rəsmi nikaha girməsi yalnız rayon İcra hakimiyyətinin müvafiq sərəncamı əsasında mümkün olub. Amma məlumdur ki, qeyri-rəsmi nikahda olan azyaşlıların sayı daha çoxdur.

Yerli sakinlər bu işdə valideyinlərin də üzərlərinə böyük məsuliyyət düşdüyünü deyirlər.

Ekspertlər hesab edirlər ki, bu sahədə marifləndirmə işləri daha da gücləndirilməli, bunun fəsadları daha yaxşı izah edilməlidir.