“3 milyon Tağı Əhmədov üçün “tum pulu”dur”
26-04-2016, 15:30
Oxunub: 5 656
İqtisadçı Rövşən Ağayev Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN zabiti Akif Çovdarova 3 milyon manat xərac verməsi xəbərinə maraqlı aspektdən münasibət bildirib
Onun facebook səhifəsində yazdığını təqdim edirik.
Metopolitenin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN-çilərə 3 milyon manat rüşvət verməsinə deyəsən təccüblənənlər də var. Ki bəs bu qədər pulu kişi “dəmir relslər”dən necə çıxarırmış.
Əgər istənilən dövlət müəssisəsinin (şirkətinin) əlində yüz milyonluq dövriyyəsi varsa, 3 milyon həmin müəssisənin rəhbərinin “tum pulu”dur.
2007-2013-cü illər Əhmədovun ən böyük pul dövriyyəsinə sərəncam verdiyi illərdi. Həmin dövrdə dövlət büdcəsindən metro tikintisinə 1.250 milyard manat, subidiya kimi təxminən 100 milyon manat ayrılıb – bu ota hesabla ilə 192 milyon manat deməkdir. Amma iş bununla bitmir – metronun özünün də illik gəlirləri var.
Hələ Tağı müəllimin dövründə – metroda gediş haqlarının artmadığı vaxtlarda məlumatlı şəxslərdən aldığımız məlumat əsasında belə bir təqribi qiymətləndirmə aparmışdıq ki, metropolitenin gediş haqlarından, ticarət obyektlərindən topladığı haqlardan və reklam haqlarından gəlirləri 60-70 milyon manatdan az deyil.
Yəni Tağı müəllim 7 il ərzində ən azı 250-260 milyon manata sərəncam verən səlahiyyətli şəxs olub.
Dövlət vəsaitləri üzərində effektiv ictimai və rəsmi nəzarəti mexanizmlərinin olmadığı şəraitdə 250 milyondan nə qədər qazanmağın mümkünlyünü təsəvvür etmək belə çətin…
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər