BolgeXeber.Com » Analitika » Azərbaycanda bu qiymətləri görən turistin gözləri təpəsinə çıxar... – SİYAHI

Azərbaycanda bu qiymətləri görən turistin gözləri təpəsinə çıxar... – SİYAHI

5-05-2016, 12:26
Oxunub: 4 467 Azərbaycanda bu qiymətləri görən turistin gözləri təpəsinə çıxar... – SİYAHI"Əgər hotel biznesi liberalaşsa, iş adamlarına bərabər imkanlar yaradılsa, onda hotellərin sayı da artar, qiymətlər də enər”

Ötən sayımızda Azərbaycan əhalisinin yaxınlaşmaqda olan yay aylarındakı istirahət planları, Türkiyə bəndinin bu planlar sırasından necə çıxması barədə yazmışdıq. Buna səbəb isə heç şübhəsiz ki, Türkiyədə bir-birinin ardınca baş verən terror aktları idi. Ehtimallardan biri yay aylarında ölkənin turizm bölgələrində də belə terror aktlarının baş tutacağı, bu səbəbdən də turistlərin bu xofla ordan aralı dayanmasıdır.


Bu halda isə diqqət istər-istəməz daxili turizmə yönəlir. Daha təhlükəsiz, daha yaxın və üstəgəl, “xeyir vətənə qalsın” prinsipi. Bəs yerli turizm obyektlərində, hotellərdə qiymətlər hansı həddədir? Fins.az saytında bəzi hotellərin sutkalıq qiymətləri yer alıb. Həmin hotellərdən bəzilərini nəzərə çatdıraq. Qəbələdə yerləşən "Qafqaz Riverside Resort" hoteldə standart otaq - (2 nəfər üçün) -125 azn, junior suite (2 nəfər üçün) - 140 azn

Kotec 1+1 2 nəf. - 155 azn
Kotec 2+1 4 nəf. - 260 azn
Kotec 3+1 6 nəf. - 320 azn

Qəbələdəki "Qafqaz Tufandag Mountain Resort" Hotelində standart otaq - (2 nəfər üçün) -120 azn, junior suite (2 nəfər üçün) - 160 azn

Family suite (4 nəfər) - 210 azn məbləğindədir. Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet, sağlamlıq mərkəzindən, kanat xəttindən istifadə daxildir.
Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) 25 AZN ödənilməlidir.
Qubada yerləşən "Rixos Quba" hoteldə isə Deluxe Standart Mountain View (2 nəf.) - 99 AZN-dir. Deluxe Standart Lake View ( 2 nəf.) - 119 azn, Junior Suite (2 nəf.) - 149 azn

Honeymoon Suite (2 nəf.) - 169 azn
Family Suite (4 nəf.) - 199 azn
Manna Villa (2 nəf.) - 199 azn
Midiya Villa (6 nəf.) - 599 azn
Urmiya Villa (8 nəf.) - 799 azn
Atropatena Villa (8 nəf.) - 849 azn

Yuxarıda qeyd edilən qiymətlər erkən rezervasiya şərtlərinə əsasən may ayının 15-nə kimi bron edilən və ödənilən rezervasiyalar üçün qüvvədədir.
1 may tarixindən etibarən qüvvədə olan qiymət:

Deluxe Standart Mountain View (2 nəf.) - 119 azn
Əlavə qonaqlar üçün ödəniş:
Körpə: 0 - 6 yaş - pulsuz
Uşaq: 6 - 12 yaş: - 20 AZN
3-cü böyük (12 yaş və daha böyük): - 30 Azn
"Samaxi Palace Sharadil" hotelində də durum fərqli deyil. Deluxe King/Twin
(bağa baxan, BB) - 99 AZN, Deluxe King/Twin
(bağa baxan, HB) - 148 azn
Qaxda yerləşən "El" hoteldə 1 - 31 may tarixləri qüvvədə olan qiymətlər:
Single otaq - 98 azn
Standart otaq - 108 azn
Junior suite - 138 azn
Family Suite - 166 azn
Sultan Suite - 216 azn
01.06.2016-cı il tarixindən qüvvədə olan qiymətlər:
Single otaq - 128 azn
Standart otaq - 138 azn
Junior suite - 158 azn
Family Suite - 196 azn
Sultan Suite - 256 azn

Gün ərzində üç dəfə qidalanmaq üçün (nahar və şam yeməyi üçün) ödəniş hər nəfər üçün bir günə 21 AZN-dir.

Standart, Junior Suite, Family Suite və Sultan Suite tipli otaqlarda əlavə hər bir qonaq üçün ödəniş 20 AZN-dir (yalnız səhər yeməyi daxildir).

Standart, Junior Suite, Family Suite və Sultan Suite tipli otaqlarda əlavə hər bir qonaq üçün ödəniş 40 AZN?dir (səhər yeməyi, lanç və nahar daxildir).

Hər bir otaq individual idarə olunan havalandırma və istilik sistemi, saç feni, minibar, peyk antenalı televiziya, seyf qutusu, çay və qəhvə dəstgahı, DVD pleyer, Ipod pleyer, beynəlxalq çıxışlı telefon xətti ilə təchiz olunmuşdur.

Gördüyünüz kimi, qiymətlər heç də əlçatan deyil. Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda hotel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi, ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, hotellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil.

“FLY Travel” turizm agentliyinin rəhbəri Mamed Əliyev deyir ki, yerli və xarici turistlər ölkədəki hotellərin bu qiymətlərindən narazıdır. Müsahibimizin sözlərinə görə, qısa müddət öncə Azərbaycana qazaxlar gəliblər və qalmaq üçün hotel axtaranda vəziyyətdən narazılıqlarını gizlətməyiblər: “Bakının özündə də hotellər bahalıdır. Dəfələrlə olub ki, xarici turistlər sırf qiymətlərlə maraqlanandan sonra gəlməkdən vaz keçiblər. Çoxu da deyib ki, Azərbaycanda istirahət edəcəyimizə İstanbula, Antalyaya, Bodruma gedər, orda qalarıq. Bəzən bu hotellərin satış menecerləri ilə danışırıq. Onlar bu bahalığı hotellərin yeni tikilməsi ilə izah edirlər. Amma bu, səbəb ola bilməz. Çünki Antalyada da az qala hər il yeni hotellər tikilir, heç birində qiymət bu həddə olmur. İstanbulda 10-15 dollara dördulduzlu, gözəl hotellər var. Bizdə isə ən ucuz hotelin birgünlük qiyməti 50 AZN-dir”.

İqtisadçı ekspert Qadir İbrahimli isə bu bahalığı obyektlərin sayının azlığı ilə əlaqələndirdi. Dedi ki, hotel biznesi Azərbaycanda hələ də biznes növü kimi dinamik inkişaf etməyib: “Təklif təklifə adekvat olmayanda yüksək qiymətlər ortaya çıxır. Məsələn, Nabranda 4-5 hotel və ya istirahət mərkəzi var, ancaq hər il Nabrana minlərlə adam dincəlməyə gəlir. Hotellərin sayı məhdud olduğundan qiymətlər baha qiymətə təklif edilir. Əgər hotel biznesi liberalaşsa, iş adamlarına bərabər imkanlar yaradılsa, onda hotellərin sayı da artar, qiymətlər də enər”.