Prokurorluq işçiləri Vyana şəhərində
28-06-2012, 16:00
Oxunub: 7 200
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak etmişlər
18-22 iyunda Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyası keçirilmişdir. Bu barədə Bolgexeber.com-a qurumun mətbuat xidmətindən məlumat daxil olub.
Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Sessiyada Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və BMT-nin Narkotiklər və Cinayətkarlıq Əleyhinə İdarəsi Katibliyinin əməkdaşlarının, həmçinin Bosniya və Herseqovina, Qvatemala Respublikasının ekspertlərinin birgə səyləri nəticəsində tərtib edilmiş Azərbaycan Respublikasının Konvensiyanın bir sıra maddələrinin implementasiyasına dair hesabat layihəsinin müzakirəsi aparılmışdır.
Bundan başqa, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bəzi müddəalarının implementasiyası çərçivəsində dəyərləndiriləcək dövlətlərin püşkatma yolu ilə seçimi həyata keçirilmişdir. Püşkatma prosesində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilmişdir.
Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun növbəti sessiyasının cari ilin avqustunda keçirilməsi planlaşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər