Oruc tutmağın orqanizmimizə faydaları
10-06-2016, 10:19
Oxunub: 5 623
Oruc, bədənimizin və ruhumuzun təmizlənməsi deməkdir
Əgər 30-50 il bundan əvvəl bütün dünya oruc tutmağa bir ikrah hissi ilə baxırdırsa indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət gostərir.
İnsanın ən vacib orqanlarından biri qaraciyərdir. İnsan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz. Qaraciyər üçün ən etibarlı, effektiv müalicə üsullarından biri oruc tutmaqdır. Qaraciyər enerji deposudur. Oruc tutan zaman, yəni ac qalmadan 6-7 saatdan sonra orqanizm qaraciyərdəki ehtiyyat enerjidən istifadə etməyə başlayır və bu zaman yüngül ürəkbulanma halsızlıq ola bilər. Bu təbiidir, heç bir ziyanı yoxdur.
Qaraciyər həm yenilənir, həm istirahət edir, həm də daxilindəki enerjini təzələyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır, mədəaltı vəz xəstəliyindən (pankreatit) əziyyət çəkənlər üçün faydalıdır. 6-7 saatdan sonra mədəmiz boş olduğundan fermentativ aktivlik aşağı düşür və demək olar ferment ifrazı olmur. Bu zaman mədəaltı vəzi üçün özü özünü bərpaetmə baş verir. (Ona görə ki, pankreatit zamanı mədəaltı vəzin öz şirəsi özünü yandırır). İnfarkt, Ateroskleroz kimi ürək xəstəliklərinin müalicəsi üçün oruc tutmaq əvəzolunmazdır. Bu zaman damarların daxilindəki yığılıb qalmış artıq maddələr təmizlənilir və damarlar elastikləşir. Mütəmadi oruc tutan adamlar skleroz (yaddaşın tamam itməsi) xəstəliyinə tutulmazlar. Oruc zamanı bizim oynaqlarımız duzlardan təmizlənir. Böyrək və öd daşlarının həcmi kifayət qədər kiçilir və təmizlənilir. Gündə 3 dəfə yemək zamanı bağırsaqlarımızın xovları arasını daşlar və şlaklar tutur (normal insanda 4-5 kq-a çatır).
Oruc zamanı bunlar da bədənimizdən təmizlənir. Oruc zamanı fermentativ aktivlik düşdüyündən mədəmizin iç divarı rahat bir şəkildə təzələnir, mədəmizin həcmi kiçilir ki, bu da çox yeməyin qarşısını alır. Oruc zamanı qanda şəkərin səviyyəsi aşağı düşür. Bəzi şəkər xəstələri şəkər iynəsi vurdurduğuna görə oruc tutmurlar, bu səhvdir. Aclığın 10-12 saatından sonra qanda şəkərin səviyyəsi aşağı düşməyə başlayır. Sadəcə şəkər xəstələri 2-3 gün əziyyət çəkə bilərlər, sonra heç bir problem olmaz İnşallah. Arıqlamaq istəyənlər üçün ən gözəl vaxtdır yay fəslinin orucu. Oruclu zaman adrenalin və kortizon kimi fermentlərin qanda miqdarı aşağı düşdüyündən hüceyrələrimizin xərçəng riskinə tutulma ehtimali aradan qalxmış olur. Oruc zamanı insanın beyni qanla daha yaxşı təchiz olunur, bu da bizim yaddaşımızın və diqqətimizin artmasına vəsilə olur. Əlləri və ayaqları çox tərləyənlər üçün oruc bir fürsəttdir, çünki bu zaman simpatik və parasimpatik sinir sisteminin bir-birinə uyğunsuz fəaliyyəti aradan qalxır. Oruc zamanı bədənimiz su almadığından böyrəklər və tər vasitəsilə su xaric olduğundan yüksək təzyiqdən əziyyət çəkənlər şəfa taparlar İnşallah. Əgər bağırsaqlarımız təmizlənirsə onda bağırsaqların filtr fəaliyyəti bərpa olur, bu zaman qana böyük yağ hüceyrələrinin və antitellərin qarışımı azalacaq və bizim immun sistemimiz qaydasına düşəcək İnşallah.
Gəlin yaşamaq üçün yeyək, mədəmizin əsiri olmayaq, ac qalaq ki, acların qədrini bilək İnşallah.
Fizuli Hüseynov
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər