BolgeXeber.Com » Analitika » Goranboydakı «Xəzinə ovu»nun şok təfərrüatları - İDDİA

Goranboydakı «Xəzinə ovu»nun şok təfərrüatları - İDDİA

17-06-2016, 12:50
Oxunub: 3 770 Goranboydakı «Xəzinə ovu»nun şok təfərrüatları - İDDİADTX əməliyyat keçirən gün Ziya Məmmədovla Qulam Ələkbərov da rayonda olublar

Bir neçə gün əvvəl Goranboy rayonunda qalmaqala səbəb olmuş əməliyyatla bağlı məlumat vermişdik. Bildirmişdik ki, aprel döyüşlərindən sonra ordumuzun nəzarəti altına keçən «Qızıl Kurqan» deyilən ərazidə bir qrup şəxs qədim dövrdən qalma qızıl-ziynət və antik əşyaların qazılıb, çıxarılması üçün cəhd ediblər. JAM.AZ xəbər verir ki, bu vaxt DTX-nın əməkdaşları rayonda əməliyyat keçirərək, bir neçə nəfəri saxlayıblar.
Qeyd edək ki, həbs olunanlar arasında Goranboy icra başçısının köməkçisinin də olduğu vurğulanırdı. Lakin Fuad Əliyev mətbuata açıqlama verərək bildirmişdi ki, deyilənlər həqiqəti əks etdirmir. Amma həbs olunanlar arasında Goranboy rayon Yol İstismar İdarəsinin rəisi müavini, məşhur iş adamı və adı bir çox qalmaqallarda çəkilən Qulam Ələkbərovun qardaşı Misir Ələkbərov olub.
Qeyd edək ki, Misir Ələkbərov qazıntı işlərinə nəzarət edirmiş. Tapşırığı isə birbaşa qardaşından alırmış. DTX-nın əməliyyatından dərhal sonra rayondan qaçarkən yaxalanıb.
Bu gün əldə etdiyimiz məlumata görə isə həbs olunanlardan biri ekskavatorçu Ramil Qaçay oğlu Əliyevdir. Həbs olunan bir digəri isə Mübariz Səfərovdur. Onun əsas işi kompyüter siqnal və qızıl axtaran aparatı idarə etmə olub. JAM.AZ-a verilən məlumata görə, Ramil Əliyevin idarə etdiyi ekskovator Goranboy Suvarma Sistemləri İdarəsinin balansında olub. Həmin idarənin müdiri Gündüz Bağırovun isə baş verənlərə göz yummasına səbəb Qulam Ələkbərovun işin içində olması və birbaşa təlimatı ondan almasıdır.
Məlumatda vurğulanır ki, Goranboy Polis Şöbəsində saxlanılan Ramil Əliyev və Mübariz Səfərov iki gün əvvəl yerli məhkəmənin qərarı ilə 10 günlük həbs olunublar.
İşin ən ilginc tərəfi isə başqadır. «Qızıl Kurqan»da xəzinə axtarışı ideyası nəqliyyat naziri Ziya Məmmədovun şəriki və yaxın adamı Qulam Ələkbərovun başının altından çıxıb. Mənbələrin bildirdiyinə görə, qədim arxivlərdə axtarışlar apartdıran Ələkbərov Goranboy rayonu ərazisində qədim dövrlərə aid xəzinə olmasına dair məlumat alıb. Ardından da bu məsələni Ziya Məmmədovla danışıb və razılıq alındıqdan sonra addım atılıb.
Məlumat verən mənbə bildirir ki, DTX əməliyyat keçirən gün Ziya Məmmədovla Qulam Ələkbərov da rayonda olublar. Onlar qazıntı işləri barədə mütəmadi olaraq məlumatlar alıblar. Prosesə nəzarət isə Qulam Ələkbərovun edindən edilib. DTX-nın əməliyyatdan dərhal sonra isə royonu tərk edərək, Nafatalana üz tutublar. İddialara görə, hər iki şəxs qara rəngli «Land Rover» markalı maşınla rayonu tərk ediblər.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com