Qulam Ələkbərov Ziya Məmmədova çoxmilyonluq villa kompleksi tikir? - İDDİA
30-06-2016, 13:18
Oxunub: 8 003
Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı Qulam Ələkbərovun Bakının Xəzər rayonundakı dənizkənarı qəsəbələrdən birində bir neçə hektar ərazidə geniş tikinti işləri apardığı məlum olub
Serhed.info-nun zldə etdiyi bilgiyə görə, obyektin nəqliyyat nazri Ziya Məmmədova aid olduğu bildirilr. Bir neçə milyonluq villa və qonaq evindən ibarət olacaq kompleksdə tikinti işlərinə 150-yə yaxın inşaatçı cəlb olunub. Məlumata görə, fəhlələr üzərində nəzarəti Qulam Ələkbərovun kürəkəni həyata keçirir. Əməkdaşımız hazırda Ziya Məmmədova aid olduğu bildirilən çoxmilyonluq tikinti kompleksinin yerləşdiyi ərazi ilə bağlı məlumatlar toplayır. Qeyd edək ki, Qulam Ələkbərov Azərbaycanda "AQ İnşaatçı Servis” MMC-nin sahibi hesab olunur.Vergi sənədlərində həmin şirkətin qanuni təmsilçisi Əzizə Əhmədovadır. Qeyd edək ki, "AQ Inşaatçı Servis”in adı ölkədə mənzil dələduzluğuna görə hallanıb. Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Sonralar paytaxtın "Gənclik” metrostansiyası yaxınlığında "Milyonerlər məhəlləsi” deyilən ərazidə villa-mülk tikintisi ilə məşğul olub. Oliqarxlar öz maraqlı layihələrini Qulam Ələkbərova etibar ediblər. Məlumata görə, Ziya Məmmədovla tanışlığı da elə tikinti sektorundan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Layihəni bəyənən Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini tezliklə Qulam Ələkbərova verib. Tikinti maqnatına çevrilən sabiq gömrük işçisi geniş məmur kütləsi üzərindəki nüfuzu ilə də seçilir. Qeyd edək ki, Qulam Ələkbərovun adı Ukraynadakı erməni əsilli iş adamlarıyla biznes əlaqələrində hallanır.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər