Kənd Təsərüfatı Yarmarkası, yoxsa alverçi bazarı?
24-09-2016, 17:26
Oxunub: 6 607
Kənd Təsərrüfatı Nazirliyi isə bu kimi eybəcərliyin qarşısını almaq əvəzinə alverçilərin daha da rahat formada işləməsi üçün şərait yaradır
Son illər Kənd Təsərüfatı Nazirliyinin təşəbbüsü ilə Bakının müxtəlif rayonlarında kənd təsərüfatı məhsullarının aradakı dəllallar olmadan istehsalçıdan birbaşa istehlakçıya çatdırılmasına xidmət edən yarmarkaların təşkil olunması alıcılıq qabiliyyəti aşağı olan vətəndaşların işinə yaramağa başlamışdı. Bu yarmarkaların əsas məqsədi kəndlilərin öz məhsullarını şəhərə gətirib rahat sata bilməsidir. Bu zaman qiymətlərdə də nəzərə çarpacaq qədər ucuzluq müşahidə olunurdu.
Moderator.az-ın apardığı araşdırmadan sonra isə bəzi kənd təsərüfatı yarmarkalarına alverçilərin ayaq açdığı məlum olub. Əməkdaşımız Badamdar qəsəbəsində apardığı müşahidə zamanı bunun şahidi olub. Belə ki, yarmarkada Badamdar sakinlərinin “toçka”ları mövcuddur. Bu şəxsələr əsasən Badamdar qəsəbəsinə yaxın olan “Meyvəli” bazarından məhsullar alıb Badamdar yarmarkasında satırlar. Yarmarkadakı qiymətlər də hətta marketlərdə satılan meyvə - tərəvəzlə fərqlənmir. Belə ki, Yarmarkada üzüm 2-2.50 azn-ə, kartof - soğan 0.50- 0.80 azn-ə, pomidor 1-1.50 azn-ə, gavalı 1 azn-ə, limon 0.50 azn-ə təklif olunur. Bu məhsulları isə marketlərdən elə qeyd olunan qiymətə almaq mümkündür.
Göründüyü kimi adı yarmarka olsa da, əslində bu məkanlarda alverçilərin bazarı təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyi isə bu kimi eybəcərliyin qarşısını almaq əvəzinə alverçilərin daha da rahat formada işləməsi üçün şərait yaradır. Əməkdaşımız bazarda Kənd Təsərüfatı Nazirliyinin nümayəndəsini axtarsa da onu orada tapa bilməyib. halbuki əslində nazirliyin əməkdaşları vəziyyətə nəzarət etmək üçün daim yarmarkada olmalıdırlar...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər