Əhməd Vəliyevin bankı çökdürülür
17-10-2012, 13:55
Oxunub: 6 795
Daha bir bankiri “TexnikaBank”ın (indi bu bank adını dəyişib –red.) həbsdə olan sədri Etbiar Əliyevin aqibəti gözləyir.
Bu barədə etibarlı qaynaqlar məlumat verib və bildirilir ki, hədəfda olanı Qazaxdan seçilən deputat Əhməd Vəliyevdir. Belə ki, ona məxsus olan “Muğan Bank”da qeyri-leqal yollar hesabına milyonlarla gəlirin əldə edildiyi iddia olunur.
Portalımıza verilən məlumatlarda bildirilir ki, Əhməd Vəliyevin “Muğan Bank”ı elə deputatın “Odlar Yurdu” Universiteti ilə əməlli başlı biznes qurublar. Adətən sözü gedən universitetin tələbələrinə təhsil haqqından tutmuş digər ödəniş haqlarına qədər yalnız “Muğan Bank”da ödətdirilir. Məhz “Odlar Yurdu” Universitetinin bank hesabları “Muğan Bank”da olduğundan ödənişlər sözü gedən banka yönləndirilir. Maraqlısı odur ki, illik təhsil haqqlarının hesabatı bankda ört-basdır edilərək külli miqdarda vəsait əldə edilir.
Mənbə bildirir ki, Əhməd Vəliyevin bankında milyonlarla çirkli pul “yuyulur”. Bu bankın əsas işi Vergilər Nazirliyinin qeyri-şəffaf əməliyyatlarının icrasında yer almaqdır. Xüsusilə iri vergiödəyicilərinin vergidən yayınması prosesində iştirak edən “Muğan Bank” ölkənin vergi sistemindəki bütün qara əməliyyatların ört-basdır edilməsində və bu sahədəki çirkli pulların yuyulmasında əsas instansiyadır.
Redaksiyamıza daxil olan digər məlumatlara görə, vergi maxinasiyaları əvvələr bankın mərkəzi filialında aparılsa da bu cür maxinasiyalar artıq xırda filiallara keçirilib. Bu isə sadəcə “gözdən pərdə asmaq” xarakteri daşıyır. Çünki yarana biləcək problemlərdə xırda filial müdürlərini “qurban” vermək daha hasan olacaq. Məsələ üçün Atatürk prospektində yerləşən “Muğan Bank”ın filialında analoji maxinasiyalar həyata keçirilir. Məlumatlarda qeyd edilir ki, Atatürk prospektində yerləşən bankın fililı istiqraz və kredit əməliyyatlarından yararlanır. Vətandaşlara 100 mantdan 10000 min manata qədər uduş vəd edilən istiqrazlar sözü gedən filial tərəfindən geri qəbul edilmir. Səbəb isə “Muğan Bank”ın istiqrazlarını geri qaytarmaq istəyən vətəndaşdan rüşvət istənilməsidir. Kredit məsələsinə gəlincə “Muğan Bank”ın Atatürk prospektinin filialı 24 ayadək vətəndaşlara qızıl əşyalarının qirov qoymaq şərti ilə kreditlər təklif edir. Qızıl-zinyət əşyalarına ilkin baxış zamanı bank filialının eksperti tərəfindən həddət artıq ucuz qiymətləndirilir. Sonradan vətəndaşa süni əngəllər yaradılaraq faiz borcunun çox olduğunu bildirən bankın rəhbərliyi qızılları mənimsəyir. Son halda burda yalnız uduzan tərəf yenə də vətəndaşlar olur.
Bu kimi məsələlər səbəbindən “Muğan Bank”la bağlı vətəndaş şikayətlərinin artdığını deyən bilgili qaynaq iddia edir ki, yaxın günlərdə bankda maliyyə nazirliyi və Mərkəzi Bankın ekspertləri tərəfindən yoxlamaların həyata keçiriləcəyi gözlənilir: “Təftiş ilin yekunları ilə bağlı olsa da, burada şikayətlər üzrə yoxlamaların da baş tutacağı istisna deyil”. Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, hələlik Əhməd Vəliyevin qələmini qırmasalar da, onun yoxlamadan ciddi “itki” ilə çıxacağı heç şübhəsizdir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
dia.az
Çox Oxunanlar
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes
- 15-10-2024, 15:10 : Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur
Analitika / Xəbərlər