BolgeXeber.Com » Analitika » Bəxtiyarın vətən borcu

Bəxtiyarın vətən borcu

28-01-2011, 20:15
Oxunub: 6 586

Millət vəkiliyinə iddialı, Hərbi xidmətdən boyun qacıran Bəxtiyar Haciyev “alternativ ” yollar axtarışındadır

Xatırladaq ki, Bəxtiyar Hacıyev yanvarın 24-də Gürcüstana getmək istəyərkən sərhəddə saxlanıb və barəsində Gəncə şəhərindən kənara çıxmamaq barədə qətimkan tədbiri seçilib. Baş Prokurorluq yanvarın 27-də açıqlama yayaraq hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlandığını bildirib.
Bolgexeber.com-un məlumatına görə, Bəxtiyar Hacıyev müraciətdə Respublika Prokurorluğunun yaydığı açıqlamada bəzi faktların təhrif olunduğunu bildirib: “Mən 2006-2010-cu illər arasında dəfələrlə Gəncə Şəhər Nizami Rayon Hərbi Komissarlığında olmuşam və Xəzər Universitetində, ABŞ-ın Harvard Universitetində magistratura pilləsində təhsil almağımla bağlı verdiyim arayışlar şəxsi işimə əlavə edilib. 2010-cu ilin iyul ayına qədər hərbi xidmətdən boyun qaçırmağım və ya yayınmağımla bağlı heç bir cinayət işi açılmayıb.
Daha sonra B. Hacıyev əqidə nümayiş etdirir, “Maraqlıdır ki, Bəхtiyar hansı əqidəyə qulluq elədiyini də demir, gizli saхlayır. Bu məntiqlə sabah istənilən şəхs “mən orduya getmirəm, əqidəm yol vermir, əqidəmi də açıqlamıram” deyə sayıqlaya bilər.”

Bəxtiyar Hacıyev alternativ xidmət keçmək kimi konstitusion hüquqdan istifadə etmək istədiyini qeyd edib: “Mən Azərbaycan Konstitusiyasının 76-cı maddəsi ilə üzərimə qoyulmuş vəzifədən boyun qaçırmıram, 76-cı maddənin 2-ci bəndinə əsasən alternativ xidmət keçmək kimi hüququmdan istifadə etmək və vətənə borcumu ödəmək istəyirəm”.

P.S. Hər bir Azərbaycan vətəndaşı əsgərliyə getməkdən fəxr duymalı və şərəflə bu torpaqları qorumalıdır. Ancaq bəzilərinin az qala milli qəhrəman elan etdiyi Bəxtiyar Haciyev hərbi xidmətə getməklə gənclərə örnək olmaq əvəzinə utanmadan “alternativ” axtarmaq kimi axmaq yollar axtarmasin. Ancaq bir məsələni Bəxtiyar bəyin nəzərinə catdırmaq lazımdır ki, hərbi xidmətdən yayınaraq “alternativ” yollar axtarmaq normal Azərbaycan kişisinə məxsus deyil.