BolgeXeber.Com » Analitika » Dünya dağılanda deputatlar nə edəcək?

Dünya dağılanda deputatlar nə edəcək?

24-11-2012, 12:20
Oxunub: 16 452 Fəzail Ağamalı: “Onun qarşısını heç kim ala bilməyəcək”

21 dekabrda dünyanın sonu olacağı ilə bağlı cəmiyyət arasında müəyyən narahatlıqlar hələ də davam edir. Həmin tarixdə Maya təqviminin başa matması ilə əlaqədar olaraq onlar iddia edir ki, 21 dekabr dünyada təbii fəlakət olacaq. Yer üzü qaranlığa qərq olacaq. Dünya ailimləri mayalıların təqviminin heç bir elmi əsası olmadığını vurğulasalar da, əhali həmin günə ciddi hazırlıqlar görür. "Qafqazinfo" millət vəkillərindən həmin günlə bağlı fikirlərini öyrənməıyə çalışdı.

“Heç kimi xilas edə bilməyəcək”

Fəzail Ağamalı: Mən 21 dekabrda hər hansı fəlakətin olacağına inanmıram. Onu elan edən alim də sonradan bunu təkzib etdi. Həmin tarixdə ciddi təbiət kataklizmləri olmayacaq. Ola bilsin ki, planetlərin yerdəyişməsi nəticəsində dünyanın bəzi yerlərində təbiət hadisələrinin qabarması baş versin. Yəni güclü yağışlar, leysanlar, küləklər olsun. Belə hadisələrdən uzaq qalmaq mümkün deyil. Yaradan Allahdır. Əgər bu baş verəcəksə onun qarşısını heç kim ala bilməyəcək. Sizin saytınız oxucuları çox olduğuna görə, sizin vasitənizlə cəmiyyətə bildirmək istəyirəm ki, həmin gündə pəncərənin qara olması, xeyli miqdarda ərzaq və şam alıması heç kimi xilas edə bilməyəcək. Bizim ailəmizdə belə bir narahatlıq yoxdur. Nə şam, nə də ərzaq almırıq.

“Fəlakət baş verməyəcək”

Asim Mollazadə: Mənə elə gəlir ki, bu hadisə beynəlxalq və yerli mətbuatın şou yaratmaq axtarışından irəli gəlir. Digər tərəfdən isə mövzu qıtlığından qaynaqlanır. Sadəcə, həmin tarixinn təməlində Maya təqviminin bitməsi dayanır. Maya təqviminin də elmi əsası olmadığına görə, 21 dekabrda hər hansı fəlakət baş verməyəcək. Bizim ailəmizdə bununla bağlı qətiyyən narahatçılıq yoxdur.

“Şam, ərzaq yığmağa dəyməz”

İqbal Ağazadə: Mən fəlakətin baş verəcəyinə inanmıram. Bu cür informasiyalar şayələr şəklində cəmiyyəti bürüyüb. Bu hadisə baş verəcəksə, hamı üçün baş verəcək. Onun xilas yolu bizlər olmayacağıq. Xilas yolu insanlar olmayan şeylər üçün əziyyət çəkib şam, ərzaq yığmağa dəyməz. Qətiyyən həmin günlə bağlı ailəmizdə narahatlıq yoxdur.

“Bu tək Məlahətin başına gəlməyəcək ki...”

Məlahət İbrahimqızı: El ilə gələn fəlakət toy-bayram olar. Əgər bu Allahdan gələn fəlakət olacaqsa, bunun qarşısını ala bilməyəcəyik. Mən 1 gün yemək yeməyimlə deyil ki, bəkə qonşum ac qaldı. Bu tək Məlahətin başına gəlməyəcək ki... Dünyadan da kosmosa uçası deyilik. Cəmiyyətdə bu cür panikaların yaranmasına ehtiyac yoxdur. Onlara inanmaq olmaz. Hərə başını aşağı salıb öz fəaliyyəti ilə məşğul olsa, daha yaxşı olar.

“Bunlar bütpərəstlərin inanclardır”

Etibar Hüseynov: Nə qədər tanınmış alimlər, hətta Dalay Lama özü də bunu təkzib etsə də, çox təəssüf ki, bu qorxu insanların içindən çıxmır. Mən bunu dini savadsızlıqdan irəli gəldiyini deyərdim. Mən elə şayələrə inanmıram. Müqəddəs kitabımız “Qurani-kərim”də yazılıb ki, Allah Peyğəmbərimizə deyib ki, səndən qiyamət gününün nə vaxt baş verəcəyini soruşsalar de ki, bunu Allahdan başqa heç kim bilə bilməz. Mən öz dinimizdən başqa, digər inanclara inamıram. Bunlar bütpərəstlərin inanclardır. Cəfəngiyyatdan ibarətdir.

“Xeyirli əməllər köməyimizə çatacaq”

Ceyhun Osmanlı: Əlbəttə ki, bu gündə fəlakət baş verəcəyinə inanmıram. Çünki heç bir insan gələcəkdə ola biləcək hadisələr bardə dəqiq mülahizə yürüdə bilməz. Düşünürəm ki, o biri dünyada bizə şam və ərzaq deyil, bu dünyada etdiyimiz müsbət işlər, xeyirli əməllər köməyimizə çatacaq. Ona görə də belə şeylər almaq əvəzinə savab işlər görmək dünya üçün daha sığortalı təminatdır.