Bakıda növbəti milyonluq obyekt su qiymətinə satılır - FOTO
27-11-2012, 13:00
Oxunub: 7 988
Əmlak Məsələləri Dövlət Komitəsi bu il keçirəcəyi sonuncu hərracda Bakının mərkəzində daha bir dövlət obyektini hərraca çıxararaq satacaq.
Bolgexeber.com-un Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 5. ünvanında yerləşən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olan 37 nömrəli təsərrüfat hesablı “İncəsənət” mağazası hərraca çıxarılacaq.
Sahəsi 169.1 kv.m olan, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən bu nəhəng obyektin start satış qiyməti 14 min 774 manat, ilkin çatış qiyməti 12 min 558 manatdır.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi mayın 1-də Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzin tabeçiliyində olan Bakı şəhər İcarə Ticarət Evi, başqa sözlə, Bakı köhnə Univermağını 55 min 48 manata hərraca çıxarmış və sahəsi 522,2 kvadratmetr olan bu nəhəng ticarət obyektini mayın 1-də elə bu qiymətə də satdığı barədə rəsmi məlumat yaymışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər