Bəzi məmurlar övladlarını niyə xaricə qaçırırlar? - İDDİA
28-09-2017, 10:42
Oxunub: 6 237
Məmurların, onların övladlarının həyat tərzi və davranışları həmişə ictimaiyyətin diqqət mərkəzində olur
Çünki bəzi məmurlar vətəndaşların verdiyi vergilərdən formalaşan dövlət büdcəsindən əldə etdikləri gəlirlərlə yaşayırlar. Sirr deyil ki, bu gün Azərbaycanın yüksək postda oturan bəzi məmurları öz övladlarına xaricdə lüks həyat yaşadırlar.Təbii ki, bu lüks həyat dediyimiz kimi dövlət büdcəsindən əldə olunan gəlirlərin hesabınadır.
“Papalarının gül balaları” yüksək post tutan valideynlərinin hesabına xaricdə təhsil alır, hətta ömürlərinin sonuna qədər orada azad, firavan və dəbdəbəli həyat sürürlər. O dəbdəbəli həyatı “gül balalar” öz zəhmətləri, hesabına əldə etməyiblər. Həmin tip məmur övladları fürsətcil valideynləri tərəfindən sahib olduqları bu dəbdəbəli həyat tərzindən qürrələnərək, dünyanın gözəl ölkələrində, cənnət məkanlarında xan kimi yaşamağın dadını çıxarırlar.
Niyə məmur övladları xaricdə yaşamağa üstünlük verir? Pulları, yoxsa narahatlıları onları buna vadar edir?
İlk növbədə onu vurğulayaq ki, onların xaricdə yaşamalarına, yerləşmələrinə, iş qurmalarına, firavan həyat sürmələrinə “yaşıl işıq” var. Həmin işıq da məmur atalarının kifayət qədər böyük gəlirlərinin olmasından irəli gəir. Əslində bu gün məmur övladlarının demək olar ki, hamısı Azərbaycanda rahat yaşaya bilmirlər.Çünki istədiklərini rahat edə bilmirlər.
Üzərlərində bir nəzərlər olur.Həm də rəhbərlikdən qorxurlar.Dəfələrlə prezidentin xəbərdarlığı onlara istədikləri hərəkəti etməyə mane olur.Qorxurlar ki, ataları, babaları tutduğu məmur vəzifəsini itirər və bununla da imkanları tükənər. Xaricdə isə onlar gözdən- könüldən iraq yaşayırlar, onların etdikləri əməllərdən kimsə xəbərdar olmur. Deməi, yaşamaq üçün Avropanın cənnət ölkələrini seçən məmur övladları Azərbaycan ictimaiyyətinin qınağından, diqqətindən yayınırlar.Məmurlar özləri də heç bir halda övladlarının hərəkətləri ilə gündəmə gəlmək istəməzlər.Bu səbəbdən övladları, yaxınları, hətta nəvələri üçün xaricdə firavan həyat yaradırlar.
Cebhe.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər