Dağlıq Qarabağa dair bəyanat qəbul edilib
7-12-2012, 10:20
Oxunub: 6 415
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dublində bir araya gəliblər
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları bu gün Dublində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 19-cu iclasında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat qəbul edib. Bolgexeber.com-un trend.az-a istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenev Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin sülh yolu ilə nizamlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.
Onlar Helsinki Yekun Aktının əsas prinspilərinə, o cümlədən güc tətbiq etməməyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüquqlarına riayət etməyin vacibliyini vurğulayıblar.
"2011-ci ildə prezidentlərin Dovildəki bəyanatlarına istinad edərək, biz yenidən tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunması üçün qətiyyətli addımlar atmağa çağırırıq. Biz təəssüf edirik ki, 2012-ci il yanvarın 23-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatından hasil olan sülh prosesində sürətli irəliləyiş gözləntiləri həyata keçirilmədi. Bunun müqabilində tərəflər qarşılıqlı anlaşmaya əsaslanan saziş əldə etmək əvəzinə, çox vaxt danışıqlar prosesində birtərəfli üstünlük axtarıblar", - sənəddə deyilir.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri 1994-cü ildə bağlanan atəşkəs haqqında sazişə əməl etməyi davam etdirməyə çağırılırlar. Sənəddə qeyd edilir ki, hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz.
"Biz tərəfləri əhali arasında düşmənçilik hissinin alovlandırılmasına yardım edən fəaliyyət və bəyanatlardan çəkinməyə çağırırıq. Tərəflərin liderləri öz əhalisini düşmən deyil, yenidən qonşu kimi, digər tərəfin mədəniyyətinə, tarixinə və ənənələrinə tam hörmət şəraitində yaşayacaqları günə hazırlamalıdırlar", - deyə bəyanatda qeyd edilir.
Nümayəndə heyətlərinin başçıları Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2013-cü ilin əvvəlində Minsk qrpunun həmsədrləri ilə birlikdə münaqişənin nizamlanması yollarının müzakirəsinə hazır olmalarını alqışlayır.
"Bizim ölkələrimiz yenə də tərəflərə kömək etmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin üzərinə düşür", - deyə Rusiya, ABŞ və Fransanin xarici siyasət qurumlarının başçıları qeyd ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər