Jurnalist xanım işdə "yandı" - Yorğunluqdan öldü - FOTO
6-10-2017, 10:26
Oxunub: 5 823
Yaponiyanın İctimai Televiziyası (NHK) xanım əməkdaşlarından birinin işdə həddən artıq çalışmas və əməyin düzgün təşkil edilməməsi səbəbindən öldüyünü etiraf edib
Seçkilərdən reportajlar və şərhlər hazırlamış jurnalist xanım normadan 159 saat artıq işləyib. O, seçkilər başa çatandan üç gün sonra kəskin ürəktutmadan vəfat edib.
Milli.Az Yomiuri-yə istinadən bildirir ki, bu olay Yaponiyada vətəndaşlara işdə vaxtından artıq, gecədən xeyli qalmışa qədər çalışanlara bu "zəhmətkeş"liyi yasaqlamağa çalışan hökuməti daha aktiv addımlar atmağa vadar edə bilər.
NHK teleradiokorporasiyasının 31 yaşlı jurnalisti Miva Sado 2013-cü ildə dünyasını dəyişib. Həmin ilin iyun-iyul aylarında o, Tokionun Paytaxt Assamleyası və Məsləhətçilər Palatasına seçkilərdən reportajlarla şərhlər hazırlayırdı. Səsvermə başa çatandan üç gün sonra isə Miva Sadonun ürəyi dayanmışdı.
Təqribən bir il davam edən istintaq və təhqiqat başa çatandan sonra əmək müfəttişlərinin yekun qərarı belə oldu: "Jurnalist xanım həddən artıq işlədiyi üçün vəfat edib".
Ölümündən əvvəlki ayda o, normadan 159 saat işləmiş, cəmi iki gün istirahət etmişdi. Bu isə o deməkdir ki, həmin ayda Miva Sadonun hər biri 12 saatdan ibarət 28 iş günü olub.
NHK istintaqın nəticələrini yalnız indi açıqlayıb. Səbəb kimi bəyan edilib: "Üç illik fasilə mərhumun qohumlarını istəyi ilə bağlıdır: onlar hadisəni açıqlamamağımızı istəyirdilər".
Yaponiyada həddən artıq işləmək "karosi" adlanır və bu, işdə zəhmətkeşliklə intizamın nümayişinin, iş yerində gecədən xeyli keçmişədək oturub çalışmağın normal sayıldığı yerli cəmiyyətin ciddi problemidir.
Yaponiyada hər il "karosi" ilə bağlı yüzlərlə insan vəfat edir, minlərlə yapon intihara əl atır.
Rəsmi statistikaya görə, hazırda Yaponiyada hər 5 işçidən biri risk zonasındadır, yəni ayda normadan minimum 80 saat çox işləyir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər