BolgeXeber.Com » Analitika » İran bölgəni yeni «mal»la zəhərləyir

İran bölgəni yeni «mal»la zəhərləyir

9-12-2012, 10:20
Oxunub: 4 726 Türkiyəli mütəxəssis:«Yaxın zamanlarda İran mərkəzli metamfetamin qaçaqmalçılığı Türkiyədə də görünməyə başlayıb»
Bölgədə terrorçuluğun və pozuculuğun mənbəyinin İran olduğunu söyləməklə kimsəni təəccübləndirmək olmaz. Elə bunu narkotik maddələrin qaçaqmal yolu dünyaya yayılmasına da şamil etmək mümkündür.

Lent.az-ın «RİA-Novosti»yə istinadən məlumatına görə, bu gecə Tehran hakimiyyətinin polis qüvvələri ölkənin cənub-şərqidən Pakistanla həmsərhəddə qaçaqmalçılardan 11 ton çeşidli narkotik vasitə müsadirə edib. Bu, İslam Respublikasının narkotik maddə qaçaqmalçılığına qarşı mübarizədə rekrod miqdar sayılır.

Yerli polis idarəsinin rəisi Qulamnəbi Kuhxan deyib ki, onlara bu əməliyyatda əhalidə yaxından köməklik göstərib. Polislə qaçaqmalçılar arasında atışma olub. Bir qaçaqmalçı öldürülüb, bir neçəsi isə yaralanıb.

Götürülmüş narkotik maddəni cinayətkarlar Pakistandan dəvə ilə gətirirmiş.

Mənbənin bildirdiyinə görə, İrandan narkotik maddələr iki yolla – biri Əfqanıstandan, o biri isə körfəz dövlətlərindən Avropaya tədarükü edilir.

Daha çox tiryək daşınır. Onun tərkibində isə morfin, papaverin, kodein, eləcə də heroin kimi maddələr mövcuddur.

Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, Türkiyə Təhlükəsizlik Baş İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə dairə başqanlığının baş komissarı doktor Besat Ekici isə bildirib ki, .lkəyə gətirilən narkotik maddələr İranda istehsal olunur, oradan Türkiyə, Suriya, Qatar, Dubay və Misirdən keçərək, Uzaq Şərqə daşınır.

Antalyada keçirilən «Beynəlxalq Terrorçuluğa və Sərhədləri aşan Suçlar Simpoziumu»nda baş komissarın «İran - metamfetamini və Türkiyə: Yüksələn, sərhədaşan problem» adlı məruzəsi çox diqqətçəkən olub.

Doktor həmin məruzədə bildirib ki, metamfetamin heroin və kokaindən daha çox yayılıb:«Yaxın zamanlarda İran mərkəzli metamfetamin qaçaqmalçılığı Türkyiədə də görünməyə başlayıb. 2009-cu ildən sonra Türkiyədə bu qaçaqmalçılıq gün-gündən artmağa başlayıb».

Onun sözlərinə görə, indiyə kimi metamfetamin qaçaqmalçılığı ilə bağlı 183 cinayət işini araşdırıblar:«4 ildə bu yöndə artım müşahidə etmişik. 104 kiloqram 468 qram metamfetamin müsadirə etmişik».

«Uzaq Şərqin bütün paytaxt və ticarət şəhərləri ilə əlaqələr var. Orta Doğudan, Afrikadan, Orta Asiyadan dünyanın bir çox bölgəsi ilə əlaqə saxlamaq üçün onlar İstanbuldan istifadə edirlər.

Türkiyə ilə İran arasında sərbəst viza rejimi olduğundan Türkiyəyə gələn narkotik qaçaqmalçılarına tam nəzarət etmək olmur. Bundan başqa İranla Türkiyə arasında tarixi bir qaçaqmalçılıq ənənəsi var. Bura hər cür əşya qaçaqmalçılığı daxildir. İki ölkə arasında formalaşmış bir qaçaqmalçılıq kanalı mövcuddur.

Əsrar (marixuana) və heroin qaçaqmalçıları indi də Türkiyəyə metamfetamin daşıyırlar» - deyə, baş komissar söyləyib.

Ekicinin dediyinə əsasən, metamfetaminin əvvəllər Türkiyəyə İrandakı hava limanlarından daxil olardı, ancaq son illərdə isə quru yollardan ölkəyə gətirilməyə başlanılıb:«Türkiyəyə İrandan 4 giriş, Gürcüstan və İraqın hər birindən bir giriş qapısı aşkarlanıb».

Doktor Ekici Türkiyədən bu narkotik maddələrin 51 ölkəyə daşındığını da vurğulayıb.


Baş komissarını məruzəsindən göründüyü kimi İran hakimiyyəti narkotik maddələr bazarına metamfetamin adlı «mal» da buraxıb və bu mal artıq Türkiyənin küçələrinə ayaq açıb. Belə çıxır ki, İran rejimi bu narkotik maddə ilə Türkiyəni «atəş» tutub...

Beləliklə, sərhədindən «quş belə uça bilməz» deyən Tehran hakimiyyətinin dövlət sərhədi bu məruzədən və yuxarıda qeyd etdiyimiz əməliyyatdan göründüyü kimi «aş süzən» təəssüratı yaradır. Yaxud əgər İrandakı rejim dövlət sərhədinə doğurdan da nəzarət edirsə, o zaman narkotik maddələrin qaçaqmalçıları ilə elə sərhədlərə nəzarət edən məmurlar əlbir işləyir. Əks halda İslam Respublikasından bu və ya başqa şəkildə yayılan narkotik maddələrlə Tehran dünya, əsasən bölgə əhalisini zəhərləməzdir.