“Bir dəfə sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”
20-12-2017, 14:31
Oxunub: 5 715
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, “Sağlam Düşüncə” Gənclər təşkilatı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və digər rəsmilər iştirak ediblər.
İSİM-in direktoru C. Məmmədov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun əhəmiyyətindən danışıb. O bildirib ki, 2020-ci ilə kimi Azərbaycanda tütündən istifadənin 10% azaldılması planlaşdırılır.
M. Quliyev qeyd edib ki, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul olunması hamı üçün vacibdir: “Qanunun mahiyyəti tüstüsüz mühit yaratmaqdan ibarətdir. Qanun qəbul edilən zaman sulu qəlyanlarla bağlı mübahisələr yaranmışdı. Nəticədə sulu qəlyanlardan da istifadə qadağan edildi. Qeyd edim ki, bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”.
Millət vəkili onu da bildirib ki, İSİM-in apardığı sorğunun nəticələrinə görə Azərbaycanda tütündən istifadə edənlərin 70%-i siqareti tərgitməyə hazır olduqlarını deyiblər.
Konfrans çıxışlarla başa çatıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər