BolgeXeber.Com » Analitika » Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

24-08-2018, 09:48
Oxunub: 7 818 Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏAzərbaycan Milli Məclisinin deputatları digər ölkələrin parlament üzvlərindən tamamilə fərqlənirlər

Əgər digər ölkələrdə, xüsusilə də Avropa ölkələrində deputat seçilmək istəyən şəxs bunu “milli görəv” kimi qəbul edirsə, Azərbaycanda isə əksər deputatlar bizneslərini qorumaq və fəaliyyət sahələrini daha genişləndirmək üçün deputat mandatı əldə etməyə çalışırlar. Xeyli sayda müqayisələr də apara bilərik. Lakin... Eyni zamanda dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Biz demirik ki, xarici ölkələrdə biznesmen deputatlar yoxdur, əksinə var, özü də milyarder deputatlar o qədər çoxdur ki... Sadəcə baxır kim deputat mandatına necə yanaşır. Məsələ ondadır ki, bütün ölkələrdə, hətta işğalçı, terrorçu Ermənistdanda da deputatlar deklorasiya təqim edir, gəlirləri haqqında məlumat verirlər. Nədənsə Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında xeyli sayda milyonçuların olmaması da heç kimə sirr deyil. Mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.
Bolgexeber.com bir neçə gün bundan öncə biznesmen deputatlardan Elmira Axundov, Ülvi Quliyev, Əsabil Qasımov, Rüfət Quliyev, Nəriman Əliyev, Malik Həsənov, Hadı Rəcəbli, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Əlağa Hüseynov, Rəfael Cəbrayılovun malik olduğu biznes sahələri ilə bağlı geniş material dərc etmişdi.
Bolgexeber.com yazının II hissəsini təqdim edir:
Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

Aydın Mirzəzadə... Adı müxtəlif dönəmlərdə problemlərdə hallanan bu deputat Mingəçevir şəhərində yerləşən “Firəngiz” şadlıq sarayının sahibidir. Bu şadlıq sarayı deputatın anasının adını daşıyır. Şadlıq sarayında faktiki idarəçiliyi deputatın qardaşı Üzeyir Mirzəzadə həyata keçirir. Xatırladaq ki, bir müddət öncə kəlbəcərli məcburi köçkün Elxan Nəbiyev mətbuata müraciət edərək bildirmişdi ki, A.Mirzəzadəyə məxsus şadlıq sarayında 10 min manat pulunu mənizmsəyiblər və qaytarmırlar. Deputat bunu təkzib etsə də, fakt faktlığında qalır. Deputat Mirgəçevirdə və paytaxda əlavə olaraq bir neçə obyektə də sahibdir. Məlumat üçün onu da qeyd edək ki, deputatın qızı da Səbail rayon İcra Hakimiyyətində çalışır.
Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

121 saylı Laçın Seçki Dairəsindən deputat seçilmiş Mahir Abbaszadə... M.Abbaszadə 2004-cü ildən “Zaminbank” ASC-nin “Gənclik filialının müdiridir. Deputatın böyük fermer təsərrüfatı vardır. Eyni zamanda bank sahəsində və digər iqtisadi sahələrdə müxtəlif biznes layilərinin sahibidir. Əldə olunan məlumatlara görə, deputat M.Abbazsadə üçün geniş biznes imperiyası qurmaq elə də çətin olmayıb, o mənada ki, rəhbər heyətdə çalışdığı bankdan istədiyi vaxt böyük məbləğdə vəsait əldə edərək biznesə yatıra bilib.
Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

Binəqədinin “əbədi” və “əzəli” deputatı Hacı Madər Musayevin böyük biznes imkanlarına sahib olduğu heç kimə sirr deyil. “Favorit” marketlər şəbəkəsi ona məxsusdur. Bir neçə ay bundan öncə “Favorit” marketlər şəbəkəsi “Veysəloğlu” şirkətinə birləsə də, əldə olunan informasiyalarda deyilir ki, deputat “Favorit” üzərindəki sahibliyini qoruyub saxlayır. M.Musayev həm də böyük fabrik və zavodlara sahibdir.
Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

Nərimanov rayonundan deputat seçilən Adil Əliyev Atatürk prospektində yerləşən (M.Araz küçəsi ilə kəsişmədə) bir neçə mərasim evlərinin sahibidir. Eyni zamanda şəhərin müxtəlif yerlərində idman zallarının, idman mağazaların, restoranların sahibidir. Təsadüfi deyil ki, bu yaxınlarda A.Əliyevin Avropa ölkələrində mülklərinin olması ilə bağlı informasiyalar mətbuatda yer almışdı.
Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

Xətayi rayonundan deputat seçilən Hüseynbala Mirələmov Şıx qəsəbəsində yerləşən məşhur “Min bir gecə restoranının sahibidir. Bir neçə il bundan öncə həmin restoranda ölüm hadisəsi də baş vermişdi. Qeyd edək ki, H.Mirələmov uzun müddət Qaz Emalı Zavonun direktoru olub və bu müddət ərzində əlində böyük məbləğdə pul kütləsi toplayaraq biznes imkanlarına sahiblənib.
Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ

Musa Quliyev... Gəncədən deputat seçilən Musa Quliyev (Musa Urud) “Urud” Klinikasının sahibidir, dərman və tibbi ləvazimatlar sahəsində geniş biznes imkanına sahibdir.
Ardı var...
Bolgexeber.com