BolgeXeber.Com » Analitika » Rövnəq Abdullayev baş nazir olacaq?

Rövnəq Abdullayev baş nazir olacaq?

22-02-2013, 16:30
Oxunub: 5 577 Bu il ölkədə keçiriləcək prezident seçkiləri öncəsi hakimiyyətdaxili qruplaşmaların məqsədi əsasən bir-birlərini sıradan çıxarmağa yönəlib. Artıq müxtəlif KİV orqanlarında bir klanın digər klana qarşı apardığı "qara piar" kampaniyaları ölkəni bürüyüb. Kimin əlində rəqibi haqqında nə məlumat varsa, mətbuata servis etməkdən çəkinmir.
Mətbuata ötürülən xəbərlərdən biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili, AFFA prezidenti Rövnəq Abdullayevlə bağlıdı.
Vətəninfo.az-a məlumatlı mənbələrdən daxil olan xəbərdə deyilir ki, qruplararası başlanan qarşıdurmada yeganə proseslərə müdaxilə etməyən ARDNŞ prezidentidir ki, hətta hakimiyyətdaxili qruplaşmaların rəhbərləri belə "ona tərəf baxmayın" deyirlər.
Şamaxının icra başçısının yerinə R.Abdullayevin adamının təyin olunduğunu da göz önünə alarıqsa, o zaman ARDNŞ prezidentinin hakimiyyət pillələrində bir pillə də irəlilədiyini görmək olar.
Amma məsələ bundadır ki, gələn məlumatlar arasında R.Abdullayevin ölkənin baş naziri olacağı ilə bağlı məlumatlar da var. Yəni, qarşıdakı prezident seçkilərindən sonra hökumətin qurulmasının ona həvalə edilə biləcəyi ehtimal edilir. Bu məlumatın nə qədər doğru, yaxud yalan olduğunu bilməsək də, cənab Abdullayevin hakimiyyətdaxili oyunlara qoşulmamaqla neytral qalması, xüsusən də ölkə prezidentinin gözündə ciddi şəkildə yüksəlməsi adi bir məsələ deyil
Vətəninfo.az