Rayon sakinlərinin səsinə səs verən tapılmır-Foto
7-04-2011, 00:00
Oxunub: 7 662

Hacıqabul sakinləri rüşvətxorluq ucbatından Bakıya yürüş etdilər
Kür daşqınları altında qalan Hacıqabul rayonu Meyniman kəndinin 30-a yaxın sakini Bakıya etiraza gəlib. Kəndlilər saat 12-də Baş Prokurorluqda olublar. Yarım saata qədər orada olmalarına baxmayaraq, onları qəbul edən olmayıb, şikayətlərini dinləməkdən imtina edilib.
Baş prokurorluq PA önündə aksiya təşkil etdi
Meynimanlılar israr edib ki, onların şikayəti korrupsiya ilə bağlıdır. Hökumətin elan etdiyi antikorrupsiya tədbirlərinin guya baş qəhrəmanı olan Baş Prokurorluq korrupsiya ilə bağlı kilometrlərlə yol gələn insanları başqa bir ünvana yollayıb: “Gedin Prezident Aparatına deyin, sizi onlar bura göndərsə, gəlin”.
Kompensasiyaları korrupsiya yeyib

Saat 13 radələrində şikayətçilər Prezident Administrasiyasının qarşısına toplaşdı. Burada da onları bir saata qədər qəbul edən olmadı. Şikayətçilər bölgə müxbirinə problemlərini çatdırıblar.
Kənd sakini Həsən Hüseynovun sözlərinə görə, onları Bakıya gətirən səbəb kompensasiyaların verilməsində korrupsiya hallarının olmasıdır. “Prezidentin sərəncamı var ki, həyətyanı torpağa görə 1000 manatdan çox, 100 manatdan az olmayaraq, əkin sahələrinin hər hektarı üçün isə 250 manat kompensasiya verilməlidir. Ancaq bunlar cəmi min manat verib işi bitmiş sayırlar. Deyirlər, olanı budur. Bəzi ailələrə heç 1000 manatı da verməyiblər”.
İlham Əliyevin sərəncamı icra olunmur
Şikayətçilər deyir ki, onlar 1000 manatın nəyə görə verildiyini heç yerdə aydınlaşdıra bilmirlər. “Faktiki olaraq Prezidentin tapşırığına əməl olunmur. Bizi aldadırlar. Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Bir dəfə də burada şikayətimizi dinləyiblər. Ancaq nə fayda?” - Meynimanlı Elman Babayev belə deyir. Onun sözlərinə görə, kompensasiya veriləndə kənd sakinləri arasında ayrı-seçkilik halları da olub. Bəzilərinə artıqlaması ilə kompensasiya verilərkən, bəzisi heç qəpik də almayıb.
Evsizlik
Şikayətçilər arasında ev tikintisindən də narazı qalanlar vardı. Meynimanda Kür daşqınlarından sonra hökumət evlər tikib, ancaq hansısa səbəbdən Adil Hüseynova ev tikən yoxdur: “Mənim evim hökumət evidir, özəlləşdirmişəm. Fövqəladə Hallar Nazirliyinə də şikayət etmişəm. Hər gün evimiz uça bilər, evin içindən gündə, yalan olmasın, iki araba torpaq yığırıq. Gərək ev başımıza uçub ziyanlıq yaratsın?”.
Adil Hüseynovun sözlərinə görə, kəndlərdə analoji problemi olanlar çoxdur. Sadəcə onlar Bakıya gəlməyə imkan tapmırlar.
Qarabağ qazisinin dərdi
Qarabağ veteranı Ədalət Əliyev isə ölkədə vətənpərvərliyə zidd siyasət aparıldığından şikayətlənir. “Bizi eşidən yoxdur. Bizə dəyən ziyanı kimdən tələb edək bəs? Mən vətən uğurunda döyüşəndə heç bir təmənna güdməmişəm. Indi başımıza bu qədər zülm gəlib, öz dövlətimizdən kömək istəyirik, hay verən yoxdur. Indi mən uşaqlarıma necə vətən sevgisi öyrədə bilərəm?”.
“Bizi hədələyirlər”

David Mürvətov adlı kənd sakini isə rayon hüquq-mühafizə orqanlarını onların şikayətlərini boğmaqda günahlandırdı. Mürvətov deyir ki, problemləri dilə gətirən sakinlər polislə hədələnir. Onlara deyirlər ki “dinc durmasalar” ciblərindən nəşə çıxacaq. Bir neçə dəfə meynimanlılar şəhərə şikayətə gələrkən yolda qabaqları kəsilərək geri qaytarılıb. Dünən onlar gizli yolla qatarla Bakıya gəlməyi bacarıblar. Polis onlara irad tutub ki, rayonun söhbətini Bakıda etmək ayıbdır: “Guya Bakıya gəlmək bizə xoşdur ki?! Nə qədər ziyana düşürük. Bizi rayonda dinləsələr burada nə işimiz var ki. Sizin vasitənizlə hüquq müdafiəçilərindən xahiş edirik ki, şərlənərək həbs olunsaq bizləri diqqətdə saxlasınlar”./Bolgexeber/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər