BolgeXeber.Com » Analitika » Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI - SİYAHI

Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI - SİYAHI

31-01-2020, 17:58
Oxunub: 29 379 Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI - SİYAHINizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının həbs edilməsi yerli İcra hakimiyyətlərinin işini gündəmə gətirib.

İndi sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır.

Bir sıra rayonlarda İcra Hakimiyyəti başçısının yaşadığı evlərin ətrafında post patrul xidmətinin ən azı bir maşını, ya da 3 əməkdaşı dayanır.

Doğrudanmı rayonlarda kriminogen durum belə pisdir ki, icra başçıları evlərinin qarşısında mühafizə postu yaradıb, özləri isə adam arasına cangüdənlə çıxırlar? Yox, əgər belə deyilsə, onda icra başçıları kimdən, nədən qorxurlar?

Bolgexeber.com xəbər verir ki, keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev "modern"-ə bildirib ki, icra başçılarının hamısı belə etmir: “Bunu icra başçılarının hamısına şamil etmək olmaz. Belə bir hala vaxtilə Salyanın icra başçısının timsalında rast gəlmişdik və onu tez bir zamanda vəzifədən azad etdilər. Onların belə addımı düzgün deyil. Hazırda ölkəboyu kadr islahatları aparılır, icra başçıları da özlərini ylğışdırmağa çalışırlar. Vaxtilə yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu cəzalandırılsa da, indi də elələrinə rast gəlmək olur”.

Belə icra başçılarından ən öndə gedənləri Kürdəmir icra başçısı Ceyhun Cəfərov, Astara icra başçısı Qəzənfər Ağayev, Qaradağ icra başçısı Süleyman Mikayılov və Nizami rayon icra başçısı Arif Qasımovu misal gətirmək yerinə düşər.

Qeyd edək ki, hazırda ölkədə heç bir kriminal gərginlik müşahidə edilmir və buna görə də icra başçılarının evlərinin mühafizəsinə və onların cangüdənlə gəzməsinə də ehtiyac yoxdur.“Sadəcə, bəzi icra başçıları şan-şöhrət naminə belə edir. Rayonlarda təhlükəli atmosfer də yoxdur, deyəsən ki, ona görə belə edirlər. Bəziləri şan-şöhrət, bəziləri də özünü sığortalayır ki, birdən nəsə olar. Amma yenə də nəsə olsa belə, icra başçısı yerlərdə xalqın qayğısını çəkən şəxslərdir,

İcra başçısı elin ağsaqqalı, söz sahibi sayılırsa, özünü cəmiyyətdən – insanlardan niyə qorumalıdır?!”.