BolgeXeber.Com » Analitika » “Ded Xasan”in qətlindən sonra kriminal aləmdə nə baş verir?

“Ded Xasan”in qətlindən sonra kriminal aləmdə nə baş verir?

14-05-2013, 08:50
Oxunub: 6 874
Rusiya kriminal aləminin “xaç atası” Aslan Usoyanın (“Ded Xasan”) qətlindən sonra “qanuni oğru”lar arasında nüfuz savaşı yeni mərhələyə daxil olub. Aslan Usoyanın qan qohumları olan yezidi kürdlər (Dmitri Çanturiya (“Miron”), Temur Mirzoyev (“Temur Sverdlovsk”), Qadi Kaloyan (“Onik”) və Valeri Farizovun (“Kürd Valera”) iştirakı ilə Moskvada dörd “sxodka” (toplantı) keçirilib. Orada “Ded”in bir neçə yüz tərəfdarı iştirak edib. Bu dörd “sxodka”dan sonra imperiya Vladimir Tyurinə (“Türik”) həvalə edilib.
Məlumatlara görə, “Ded”in yaxın qohumu “Miron” ləqəbli Dmitri Çanturiya varisi kimi tanınıb. O, imperiyanın əsas adamlarından biri olaraq qalır. Əsas danışıqları isə “Türik” aparır və qərarların verilməsində əsas ağırlıq onun sözündə olur. Amma klanın zəifləməsi göz önündədir və ehtimal var ki, milyardlara varislik uğrunda mübarizədə yeni parçalanmalar olacaq.
r. Məlumdur ki, “Ded” yezidi kürd olsa da köhnə “oğru qanunları” ilə fəaliyyət göstərməsi nəticəsində təkcə slavyanları deyil, qafqazlıları da kastasına toplamışdı. Onların sırasında “Sumqayıtlı Arif”, “Gürcüstanlı Vaqif”, “Qoca”, “Yasamallı Yunus”, Baxış Əliyev (“Vaxa”) və başqalarının adı çəkilirdi. A.Usoyanın qətlindən sonra isə onların adı klanın hansısa “sxodka”sında xatırlanmır. Yalnız o məlumdur ki, bugünlərdə Baxış Əliyev Ukraynadan deportasiya edilərək Türkiyəyə göndərilib.

Klana daxil olan azərbaycanlılar isə “Ded”in qətlindən sonra sanki unudulublarKlana daxil olan digər azərbaycanlılar isə kölgəyə çəkilib və yəqin ki, yaxın vaxtlarda onlarda ya tərəflərini seçməli, ya da nəhayət, öz klanlarını elan etməlidirlər. Bu, problemli görünsə də “qurdlar süfrəsi”ndə yem olmamaq üçün təşkilatlanmaq vacibdir. Təəssüf ki, böyük qardaş Hikmət Muxtarovun - “Sabirabadlı Hikmət”in qətlindən sonra azərbaycanlı “qanuni oğru”lar arasındakı zəif bağ da qırılıb. “Qanuni oğru” Rövşən Canıyevlə “Ded” klanına daxil olan azərbaycanlı avtoritetlərin düşmən münasibəti bu birliyə əsas əngəldir.

Erməni etnik klanının da hazırkı vəziyyəti heç də yaxşı sayılmaz. “Ded”dən sonra Rusiya kriminalına ağalıq iddiasında olan Eduard Asatryan (“Osetrin”) kürdlərin və gürcülərin müqaviməti ilə üzləşdi. Bir müddət əvvəl isə kürdlərlə münasibətləri aydınlaşdırmaq üçün “ Moskvada “Osetrin”in nəzarətində olan avtoservisdə “razborka” keçirilib. “Osetrin” “razborka”ya “qanuni oğru” olan oğlu Sergey (o, “Bentli” ləqəbi ilə tanınır), Quram Çixladze, Romik Cəfərov (“Roma Kürd”ün oğru adının alındığı deyilir) və 30-dək silahlı şəxslə gəlib. “Dedovsi”ləri isə Dmitri Çanturiya (“Miron”), Gela Kardava, Valeri Farizov (“Kürd Valeri”), Vasili Xristoforov (“Vasya Voskres”), Vadim İvankov (“Vadik Krasnodarski”), Yuri Piçuqin (“Piçuqa”), Əli Heydərov (“Albert Arxangelsk”) və daha bir neçə “qanuni oğru” təmsil edib.

Təcrübəli “Osetrin” vəziyyətin nəzarətdən çıxa biləcəyini hiss etdiyindən söhbəti içəridə və yalnız “qanuni oğru”ların iştirakı ilə davam etdirməyi təklif edib. Avtoservisin içində “Osetrin” Gela Qardavanın fevral ayında bir “sxodka”dan yarımçıq qaçdığını yada salıb. Buna cavab olaraq qarşı tərəf deyib ki, daim “Osetrin”in yanında görünən “Kürd Roma”nın “qanuni oğru” adı alınıb və onun bu cür söhbətlərdə iştirakı yolverilməzdir.

Bundan sonra “Miron” “Osetrin”ə “oğru qanunları” ilə ən ciddi səhvini - Qoqi Pitersikini döyməsini xatırladıb. Bundan sonra əlbəyaxa dava başlayıb. Nəticədə Astryanlar və söhbətdə onlar tərəfdən iştirak edən “qanuni oğru”lar möhkəm döyülüb. Bununla da Rusiya kriminalına rəhbərlik etmək iddiasına düşən Asatryanın nüfuzuna ciddi zərbə vurulub.

Bu “basabas”da isə hələ ki gücünü qoruyan çox hiyləgər gürcü klanıdır. “Rövşən Lənkəranski”nin yaxşı münasibətlərdə olduğu “qanuni oğru”ların əksəriyyəti gürcü mafiyasını təmsil edir. Onlardan biri - Merab Canqveladze hazırda həbsdə olan Tariel Onianinin (“Taro”) ən yaxın adamıdır və klana faktiki rəhbərliyi həyata keçirir.

Daha bir gürcü klanı - Gela və Qiza Kardava qardaşları “Ded” klanı ilə yaxşı münasibətlərini qoruyub saxlamaqla yanaşı güclənir də. Rusiya mətbuatı yazır ki, klan üzvləri (Kardava qardaşları, Merab Pipiya, Zviad Tbilisski, Oleq Çirkaçın) Yerusəlimdə Pasxanı qarşıladıqdan sonra İstanbula gediblər. Mayın 10-da İstanbulda keçirilən “sxodka”da Kolya Tomski “qanuni oğru” adı alıb. Maraqlıdır ki, indi əsas “oğru sxodkaları” Dubayda deyil, İstanbulda keçirilir.
musavat