BolgeXeber.Com » Analitika » Baş redaktor prezidentə müraciət etdi

Baş redaktor prezidentə müraciət etdi

15-05-2013, 14:05
Oxunub: 6 748 “Qafqazregion.az” xəbər portalının baş redaktoru Mahmud Tağıyev prezident İlham Əliyevə müraciət edib. Müraciəti olduğu kimi dərc edirik.
“Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Surəti: Azərbaycanın Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova
Surəti Sərhəd Qoşunları Komandanı cənab Elçin Quliyevə
“Qafqazregion.az” xəbər portalının , “Qafqaz Region News” qəzetinin baş redaktoru, "Qafqaz Region" İctimai Birliyinin sədri Mahmud Rasim oğlu Tağıyev tərəfindən
Müraciət
Cənab prezident!
Nəzərinizə çatdırım ki, mən müstəqil jurnalistəm və dəfələrlə peşəkar fəaliyyətimlə əlaqədar Daxili İşlər Naziriliyinin Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi Nuşrəvan Səfərov tərəfindən təyziqlərə məruz qalmışam. Mənim Nuşrəvan Səfərovdan şikayətimlərimlə bağlı “Qafqazregion.az ” portalında dərc olunan köşə yazılarım vasitəsilə məlumat versəm də təəsüflər olsun ki,bu məsələ nəinki indiyəcən öz obyektiv həllini tapıb,üstəlik məni susdurmaq üçün qanunu pozan məmurlardan biri –Nuşrəvan Səfərovun sürücüsü baş leytenant Mərdan Əliyev guya şərəf və ləyaqətinin təhqir olunmasını iddia edərək məni məhkəməyə verib. Xatırladım ki,mən dəfələrlə Bakı DYPİ –nin əməkdaşlarının qanunsuz hərəkətləri ilə üzləşmişəm və şəxsən özümün ,eləcə də çoxsaylı vətəndaşların rastlaşdığı bu əməllər haqda mütəmadi olaraq mətbuatda məqalələr dərc etmişəm.
Bakı DYPİ -nin rəisi Nuşrəvan Səfərovun sürücüsü baş leytenant Mərdan Əliyevin fəaliyyətini araşdıranda üzə çıxan faktlar adamı qanunsuzluq baxımdan təəcübləndirməyə bilməz. Məsələn, Mərdan Əliyevlə əlaqədar ən şübhəli məqamlardan biri onun kiçik qardaşı ilə bağlı məqamdır.
Xatırladım ki, Əliyev Mərdan İbadulla oğlunun qardaşı Əliyev Qalib İbadulla oğlu təxminən 14 il bundan öncə 8 yaşlı uşağı və onun anasını evlərində vəhşicəsinə doğrayaraq qətlə yetirib və buna görə hal-hazırda ömürlük həbs cəzası çəkir. Belə amansız qətli törədən qatil Əliyev Qalib İbadulla oğlu ömürlük həbs cəzası almasına baxmayaraq onun qardaşları, DİN-də xidmət edən Əliyev Mərdan İbadulla oğlu və Əliyev Qabil İbadulla oğlu DİN-dəki şəxsi işlərindəki tərcümeyi-hallarında qardaşları Ə.Qalib İbadulla oğlunun olduğunu və onun cinayət törədib ömürlük həbs cəzası alması faktını qizlətmişdilər. Ömürlük həbs cəzası alan cinayətkarın qardaşları görəsən xidmət etdikləri Daxil işlər orqanlarından doğma qardaşlarının olmasını və cinayət törətməsini nə məqsədlə qizlədiblər?!
Əliyevlər 5 qardaş olduqları halda bir qayda olaraq hər yerdə hamıya bildirirlər ki,güya 4 qardaşdırlar. Əslində isə, dediyimiz kimi onlar 5 qardaşdırlar: Ə. Yusif ,Ə. Mərdan ,Ə. Səxavət,Ə. Qabil və Ə. Qalib. Bunlardan Ə. Yusif yeni yaradılan Pirallahı rayonunun icra hakimiyyətində mühüm vəzifə tutur. Ümumiyyətlə belə qatı cinayət törətmiş cinayətkarın qardaşlarının mühüm dövlət vəzifələrində qulluq etməsi nə dərəcədə məqsədəuyğundur?
Fikrimcə belə məlumatlar ən azından ictimaiyyətdən və hüquq-mühafizə orqanlarından gizlədilməməlidir. Mərdan Əliyevin özü haqda bu cür faktların məsul şəxslərdən gizlədə bilməsinə nail olması da adamda təəcüb və təəsüf hissi doğurur. Bu fakt onu deməyə əsas verir ki, Mərdan Əliyev özü haqda hələ çox qaranlıq məsələləri gizlədə bilər və neqativ fəaliyyəti ilə tanınan belə bir məmurdan qanunların keşiyində duracağını gözləməyə dəyməz . Bundan başqa bildirilir ki,onun oğlu Ədalət Əliyev hal-hazırda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadasında xidmət edir və briqada komandiri general-mayor Əfqan Nagıyevin 11-00 SQ nömrəli “Mercedes-Benz Gelendevagen”- markalı xidməti avtomobilinin sürücüsüdür. O səhər saat 11 radələrində hərbi hissədən evə qayıdır, “Gelenvaqel”-i markalı avtomobili həyətdə saxlayır,atası Mərdan Əliyevə məxsus 90-AA-276 nömrəli avtomobilə əyləşərək şəhərə qəzməyə gedir. Axşam saat 6-can barda,diskotekada və sairə yerlərdə əylənir,saat 6-da isə evə qayıdaraq yenidən 11-00 SQ nömrəli “Gelenvagel”-ə minib hərbi hissəyə qayıdır.
Ata Nüşrəvan Səfərovun sürücüsü,oğul Dəniz Briqadasının komandirinin sürücüsü,sizcə burda qeyri -adilik yoxdumu?! Qanunda göstərilib ki,hərbi xidmətdə olan əsgər, xidmətini yaşadığı yerdən 110 km aralıda çəkməlidir.Ancaq Mərdan Əliyevin oğlu Bakı şəhərində qeydiyyatda ola-ola ,görəsən hansı əsasla paytaxtda xidmət edir?!Bu məgər qanuna-zidd deyil?!
Maraqlıdır, axı nə səbəbdən açıq-aşkar edilən bu qanunsuzluqlara göz yumulur və bunu edənlərə himayədarlıq edilir? Çox güman ki,bu qanunsuzluqlara Bakı DYPİ –də çalışan vəzifəli şəxslər tərəfindən edilən böyük qanunsuzluqlar müqabilində göz yumulur.Hesab edirəm ki,Mərdan Əliyev ,həmin qanunsuzluqları edənlərə nələrdəsə yardımçı olur ki, onlar da öz növbəsində onun qanuna zidd əməllərinə göz yumurlar.Qeyd edim ki,baş leytenant Mərdan Əliyevin qanunsuz əməlləri təkcə bunlarla kifayətlənmir.Qeyd edim ki, bir müddət bundan əvvəl mən Bakı DYPİ-ə Əliyev Mərdanın 100 nömrəli xidməti otağında olanda mənim avtomaşınım haqsız yerə cərimə meydançasına qoyulduğuna görə mədəni surətdə öz etirazımı bildirəndə o, məni ölümlə hədələdi.Ancaq o zaman mən bu hədə-qorxunu o qədər də ciddiyə almadım,onun əslində bununla nə demək istədiyini tam anlaya bilmədim. Lakin bu gün, apardığım jurnalist araşdırmaları nəticəsində mənə bəlli olandan sonra ki, Mərdan iki nəfər şəxsi amansızcasına öldürən və ömürlük həbs cəzası alan qatilin qardaşıdır,mən həqiqətən narahat olmağa başladım.Buna görə də Cənab prezident,Sizdən , Əliyev Mərdan və onun qardaşlarından qorunmaq üçün, özümün və ailəmin təhlükəsizliyini təmin etməyinizi xahiş edirəm. Və sonda onu da qeyd edim ki,mən, Sizin nəzərinizə, bu qardaşların qizli əməllərinin yalnız cüzi bir hissəsini çatdırdım.
Hörmətlə,Mahmud Rasim oğlu Tağıyev”