BolgeXeber.Com » Analitika » Füzuli Ələkbərovun işçisi dəli çıxdı?

Füzuli Ələkbərovun işçisi dəli çıxdı?

29-05-2013, 08:35
Oxunub: 5 480 Deyirəm Allah adama dərd verib, dəli edəndə də Rövşən Bağırov kimi dəli eləyə. O Rövşən Bağırov ki, bir müddət ƏƏSMN-nin Gədəbəy şöbəsində mühasib işləyib və günlərin bir günündə hardan var hardan yox dəlilik quşu gəlib qonub başına. Havalanıb olub dəli. Hətta kişinin dəlilik havası o qədər güclü olub ki, bu dərd ƏƏSMN-də nazir müavini İlqar Rəhimovu da kövrəldib, göz yaşı tökdürüb.
Kişi gecəynən bütün cadu-biti edənləri yığıb kabinetinə ki, sizlər bu işə əncam çəkməlisiniz. Yoxsa gözümüzün ağı-qarası Rövşənin dəli olub düzlərə düşməsinə yol verə bilmərəm. Bütün falçılar cadu etdikdən sonra İlqar Rəhimov dərindən köks ötürür və əl atır telefona. Ə, qadan alım sənin ay dəli Rövşən. Özünü üzmə sabahdan səni ƏƏSMN Gədəbəy rayon şöbəsinə rəis təyin elətdirmişəm. Bir az da keçsin səni Çənlibelə gətirdəcəm. Bunu eşidəndə Rövşən Bağırov sevincindən çəpik çalıb başladı oxumağa ki,mən dəliyəm divanə, nə gözəldi zəmanə.
İndi artıq Rövşən Bağırov Çənlibeldə, üzr istəyirəm ƏƏSMN-də məktub və şikayətlər şöbəsində sektor müdiri işləyir. Bax ona görə də Allah adama dərd verib dəli eləyəndə istəyirsən olasan Rövşən Bağırov. Məktub və şikayətlər sektorunda kresloya ağıllılardan gələn məktub və şikayətlər oxuyasan, sonra da ürəyində deyəsən ki, ağıllı olub bu millətin dərdini çəkməkdənsə, dəli olub ki, millət sənin dərdini çəksin.