BolgeXeber.Com » Analitika » Azərbaycanda xəbərləri kanallardan yox ,əsasən xəbər portallarından alırlar

Azərbaycanda xəbərləri kanallardan yox ,əsasən xəbər portallarından alırlar

10-06-2013, 17:10
Oxunub: 4 210 İnternet media bir addım öndə
İREX təşkilatının maliyyə dəstəyi ilə Azerlife.org saytı bir aya yaxın davam edən Azərbaycan regionlarında və paytaxtda medianın durumu ilə bağlı sorğunun nəticələrini təqdim edir. Layihə çərçivəsində bir ay boyunca Facebook sosial şəbəkəsində istifadəçilər arasında sorğu keçirildi. Xüsusi proqram təminatının köməkliyi ilə keçirilən sorğuda 442 nəfər iştirak etdi.

Nəticələrə görə, ən aktiv region gözlənildiyi kimi Bakı oldu. Bundan əlavə, Abşeron, Gəncə, Quba, Masallı, Lənkəran rayonları da aktivlik göstərdi. Sorğuda "Məlumatı ən çox haradan əldə edirsiniz?" sualına cavab verən respondentlərin böyük bir hissəsi - 343 nəfəri Xəbər saytları (İnternet) cavabını, "Hansı informasiya mənbəyinə daha çox inanırsınız?" sualına 120 nəfər İnternet cavabını verdi. "Ən çox izlədiyiniz TV-lər" sualının cavabı Kanal D Türkiyə oldu, ikinci yeri isə ANS telekanalı tutdu.

Daxil olan məlumata görə, sorğuda həmçinin Türkiyənn qabaqcıl TV-lərinin adları da var. Ümumilikdə, bütün Türk TV-lərinə verilən səslərin sayı 581-dir. "Xəbəri ən çox hansı saytlardan əldə edirsiniz?" sualında ən çox səsi Facebook sosial şəbəkəsi yığdı, Azadlıq radiosu isə ikinci oldu. Ətraflı məlumatları qrafiklərdən əldə edə bilərsiniz.