Səlim Müslümovun elmi adı saxtadır?
3-07-2013, 11:20
Oxunub: 7 592
Fond rəhbərinin müdafiə etdiyi elm iş sən demə, oğurluq imiş...
2006-ci ildə Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən və bu "titula" sahiblənən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işi sən demə plaqiat imiş.
Bolgexeber.com bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Shneidmanın elmi işinin plagiatıdır. Səlim Müslümov elmi işinin plagiat olduğunu yaxşı bildiyindən http://leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına müəllif hüquqları qorunur adı altında baxmağa yasaq qoydurub.
Yaxın günlərdə Səlim Müslümovun və plagiyatlıqla digər elmlər doktoru adına sahiblənmiş azərbaycanlı məmurların elmi işləri barədə yazı dərc edəcəyik. Məlumat üçün qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının rəhbəri Arif Mehdiyevin plagiat dissertasiya və saxta elmi işlərin verilməsində onun daha çox adı hallanır. Bundan əlavə redaksiyamıza Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin də elmi işinin plagiat olduğu barədə məlumatlar daxil olub.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.
Araşdırmamız davam edir. Bizi izləyin...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər