BolgeXeber.Com » Analitika » "İlhamə Quliyeva gedib əsəblərini müalicə etdirsin" – CAVAB

"İlhamə Quliyeva gedib əsəblərini müalicə etdirsin" – CAVAB

4-07-2013, 17:20
Oxunub: 5 104 O millət vəkilini şantaj etməyə başlayıb ki, bu da cəmiyyətdə mənfi əks-səda doğurub. Bolgexeber.com xəbər verir ki, publika.az-a fikirlərini bölüşən Çingiz Qənizadə hazırda yüzlərlə insanın ona telefon açaraq narahatlıq hissi keçirdiyini söylədi.
“Yüzlərlə insan və millət vəkilləri mənə zəng edərək narahatlıqlarını ifadə edirlər. Deyirlər bu adam necə həddini aşıb ki, millət vəkilini şantaj edir, hədələyir. İlhamə Quliyeva deyir ki, mən Çingiz Qənizadə adlı adam tanımıram və mənim statusum millət vəkilinin statusundan da yüksəkdir. Bəli o məni tanımaya bilər, çünki gecə-gündüz özünə titullar qoşmaqla məşğuldur. Mənim ona cavab vermək fikrim yoxdur, yaşlı qadındır, gedib əsəblərini müalicə etdirsin. Amma bir millət vəkilini şantaj etmək, hədələmək yolverilməzdir. Mən mətbuatda dedim ki, onun ATV telekanalında barmağını tuşlayaraq Nazpəri xanımın ünvanına mən “yemirəm, yedizdirirəm”-,deyə hədələməsini özüm eşitdim. Azərbaycan qadınına yaraşmayan bu hərəkətı görə ailəmin yanında xəcalət çəkdim. Bu nəinki Nazpəri xanıma, ümumən Azərbaycan tamaşaçısına və qadınlarına hörmətsizlikdir. Bu hörmətsizliyə görə o hamıdan üzr istəməldir. Bu fikirlərim dərc olunandan sonra İlhamə dedi ki, güya mən də o dəstədəyəm. Deməli bu qadın insanları parçalamaqla məşğuldur. Mənim Azərbaycan dövlətçiliyinə və xalqına necə sədaqətli bir millət vəkili olduğumu hər kəs yaxşı bilir”.