BolgeXeber.Com » Analitika » Özü özünü axtaran polis rəisi…

Özü özünü axtaran polis rəisi…

10-07-2013, 12:45
Oxunub: 5 033 Bu yazını yazmağa başlamazdan əvvəl fikirləşdim ki ,bəlkə də oxucu düşünəcək ki,görəsən Rasimoğlu yenə də polis rəislərindən nə istəyir. “Nə istəyir” sözü isə öz növbəsində yadıma yalançı “Əflatun Amaşov”u saldı. Belə ki,mənimlə telefon danışığında onun birinci sözü mənə belə olmuşdur: “Sən jurnalistdən çox polisə oxşayırsan”. İkinci sözü isə o oldu ki, “bu polis işçilərindən nə istəyirsiniz?!”.
Bu yalançı “Əflatun Amaşov” və Samux rayon polis rəisindən araşdırma məqalə yazanda ,yazıda adı hallanan şəxslər beynimdə yeni köşə yazısının məzmununun cizgilərinin əmələ gəlməsinə səbəb oldular. Yəni .əziz oxucu elə fikirləşməsin ki, Rasimoğlunun polisdən savayı başqa mövzusu yoxdur.

Sadəcə əksər polis rəisləri rəis olduğu rayonda özlərini elə aparırlar ki,güya həmin rayonda bütün sakinlərin taleyi onların əlindədir.Bəlkə də təəcüblənəcəksiniz ,ancaq bəzən hətta elə olur ki,özündən razı rəis özü özünü axtarışa verməli olur. Polis rəisinin ağır cinayət törədən cinayətkarı axtarışa verməsi təbiidir , ancaq rəisin özü özünü axtarışa verməsi halı ilə birinci dəfədir ki, rastlaşdığımdan fikirləşdim bu barədə bir köşə yazısı yazmağa dəyər.

Bu hadisənin 91-92-ci illərdə ,yoxsa yaxın vaxtlarda baş verməsini deyə bilmərəm,çünki,bu söhbəti mənə, Bakı-Tiflis qatarı ilə Gürcüstanın paytaxtına gedəndə yolda bir nəfər danışıb .Söhbəti mənə danışan adam isə daha tez,Gəncədə düşdüyündən ,həm də hadisənin nə zaman baş verməsini həmin adamdan soruşmaq fikrimdən çıxdığından olmuş bu hadisənin nə vaxt baş verməsini dəqiq deyə bilmirəm. Bu maraqlı söhbət neçə vaxtı fikrimdə olsa da,onu qələmə almağa heç cürə vaxt tapa bilmirdim.
Ancaq təkrarçılıq olmasın,yuxarıda qeyd etdiyim səbəblər məni bu köşəni yazmağa həvəsləndirdi. Mənə elə gəlir, hüquq –mühafizə orqanlarının rəhbərləri heç yatsalar yuxularına da girməzdi ki,polis rəislərinin içində eləsi tapılacaq ki, özü özünü rəsmi axtarışa verəcək. Bax bu mövzu məndə böyük maraq kəsb etdiyi üçün bu köşəni yazmalı oldum.Demək , günlərin bir günü böyük vəzifə sahibi olan bir şəxsin iki oğlu Bakıda“bərkgedən” restoranlardan birində otururlar.
Bu zaman həmin restoranda həmin ərazinin polis rəisi də oturub. Masaların birində dediyim o böyük vəzifə sahibinin oğulları, onların yanındakı masada isə oraya iş vaxtı həftə-səkkiz baş çəkən polis rəisi ,özü də mülki geyimdə yeyib-içirmiş. Birdən məmurun oğulları ilə qonşu masada oturan polis rəisi arasında kəskin mübahisə baş verir. Bunun da səbəbi polis rəisinin bilərəkdən iki qardaşa söz ataraq onlara sataşması olur. Rəisin ağlına da gəlməzdi ki,qonşu masada oturanlar ,o vaxtlar respublikada böyük vəzifə sahibi olan bir şəxsin ən yaxınlarıdır və onlara söz atmaq sonda ona çox baha başa gələcək. Nə isə,iki qardaş da eləmə “tənbəllik” durub polis rəisini o ki var döyürlər.
Döyüldüyünü görən rəis onların əlindən sağ-salamat qurtulmaq üçün durub restorandan qaçmalı olur. Birinci fikri də o olur ki,qedib idarədən polis naryadını yığıb restorana gətirsin. Ancaq rəis qaçanda restoranın müdiri imkan tapıb rəisin qulağına deyir ki,”vay ,sən kimlərə sataşdın,sən heç bilirsən bunlar kimin uşaqlarıdır?!”. Bu sözləri restoranın müdirindən eşidən rəisi qorxu elə götürür ki, o düz idarəyə,ancaq daha başqa məqsəd üçün qaçır. İdarəyə gələrək üz-gözünü tez qrimləyir ki,tanınmasın. Ancaq üstündən bir neçə dəqiqə keçəndən sonra,aşağıdan, növbətçi hissədən zənq qəlir və bildirilir ki, ərazidəki restoranda dava baş verib, zərərçəkmiş isə böyük vəzifə sahibi olan cənabın oğludur.Ən dəhşətlisi isə odur ki, onun idarədə olması və rəisin qəbuluna girmək istəməsi bildirilir. Bunu eşidən rəisi vahimə bürüyür.
Çünki rəisin başı keçəl olduğundan,o bilir ki,bunu zərərçəkmişdən qizlədə bilməyəcək.
Ona görə də vaxt udmaq üçün növbətçi hissənin növbətçisinə deyir ki,zərər çəkmişdən bir az gözləməsini xahiş etsin. Özü də tez başlayır uniformasını qeyinməyə.Rəis bilir ki,onun keçəlini yalnız uniformasının papağı qizlədə bilər. Rəis zərərçəkmişi öz otağında uniformada,başında da papağı gəbul edərək,dinləyir və özü özünə axtarışda verir ki,təcili o restoranda dava-dalaş salan şəxs həbs olunaraq idarəyə gətirilsin. Bu vaxt restoranda qalan qardaş restoranın müdirindən soruşur ki,de görüm bizimlə burda mubahisə edən kim olub? Restoranın müdiri də çıxılmaz vəziyyətdə qaldığı üçün, məcbur olub onlara sataşanın elə bu rayonun rəisi olmasını deyir.
Bunu eşidən ikinci qardaş avtomaşınına minərək düz polis idərəsinə gəlir və rəisin otağına girəndə görür ki,qardaşı oturub otaqda ,rəisin də əlində telefonun dəstəyi , ayaq üstə əmr verir ki,tez restoranda dava-dalaş salan o cinayətkarı tapın görək, o kim olub. Hər şeydən xəbərdar olan qardaş dözməyərək qardaşına qayıdıb deyir ki, bu rəisə diqqətlə bax görüm ,o sənə tanış qəlmir ki?! Bu ki,özü özünə axtarış verir… Rəisin otağında iki qardaş nə qədər qədər rəisə deyirlər ki, papağını çıxart,rəis nə papağı çıxarır,nə də ki,boynuna alır ki,restoranda o olub.Bundan sonra rəisin otağında nə baş verməsini yazmağa daha lüzum görümürəm . Bunu özünüz təsəvvür edərsiz.
Bax belə əziz oxucu,ona görə məni qınayaraq deməyin ki,Mahmud Rasimoğlunun polis rəislərindən savayı başqa mövzusu yoxdur. TəyinatlarınI alırlar hansısa rayona,deyirlər ki, bu ərazi mənim ərazimdir. Sonda da “bu ərazi mənim ərazimdir” sözləri,rəisin özü özünə axtarış verməyi ilə qurtarır…
Mahmud Rasimoğlu