Prorektor həbs oluna bilər
18-07-2013, 19:55
Oxunub: 6 065
Əgər Damət Bağırov haqqında yazılanlar təsdiqini taparsa onda yaxın günlərdə onun korrupsiya ittihamı ilə həbs ediləcəyi də istisna edilmir
Readksiyaya daxil olan məlumatda bildirilir ki, Tələbə qəbulu qaydalarının təkmilləşməsinə və bu sahədə nəzarətin güclənməsinə baxmayaraq, hələ də ali məktəblərə qanunsuz tələbə qəbulu halelə halların sayı barədə konkret fikir söyləmək mümkün deyil. Çünki ali məktəblərə qanunsuz qəbul halları sırf təsadüf nəticəsində, dövlət orqanlarına işçi qəbulu prosesində üzə çıxır. Sirr deyil ki, qeyri-qanuni tələbə qəbuunu həyata keçirəb bir nömrəli təhsil ocağı Azərbaycan Beynəlxalq Universiteti idi ki, hazırda bu universitet bağlanıb, rektoru isə ölkədən qaçıb. Bu missiyanı indi üzərinə Dövlət İqtisad Universiteti götürüb.Daxil olan məlumata görə universitetin Dərbənd filialı əsl gəlir mənbəyinə çevrilib. Buraya savadsız tələbələr qəbul edilir, sonradan 500-600 bal toplayan tələbələrin siyahısına daxil edilir. Uzun illər ərzində maraqlıdır ki, bir dəfə də olsun Dərbənd filialının fəaliyyəti Elmi Şurada müzakirə edilməyib. Hər il təxminən 500-600 tələbə bu yolla universitetə qəbul edilir. Dərbənd filialını Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru Damət Bağırov idarə edir. Bu tələbələr Dərbənddə deyil, buralarda 1 il başlarını girələyirlər. Sonra onları İqtisad Universitetinin ən pristijli fakultələrinə köçürürlər. Söhbət burada Beynəlxalq İqtisadi Münasibətlər, Maliyyə-Kredit və Kredit İqtisad fakultələrinə savadsız və testdə minimum bal toplamayan tələbələrin köçürülməsindən gedir. Mənbəmizin verdiyi məlumata görə hər il özəl universitetlərdən də bura xeyli adam “perovod” olunur. Əgər bu köçürmələr pulsuz həyata keçirilsə, özəl institutlarda tələbə qalmaz. Çünki orada həm qiymətlər bahadır, həm də oxumaq çətindir. Damət Bağırovun sayəsində İldə haradasa 500-600 nəfər bura «perevod» alır. Professorun yaxınlarına sözarası dediyinə görə dediyinə görə, bundan alınan rüşvətin bir hissəsi Təhsil Nazirliyinə, bir hissəsi rektora, bir hissəsi isə də özünə çatır. Bağırovun rektor barədə söylədiyinin nə dərəcədə əsaslı olduğunu deyə bilmərik. Amma onun haqqında olan şikayətdə, cənab Bağırovun univerisiteti pul dağarcığına cevirməsi yazılır . Valideyinlərin və tələbələrin bizə ünvanladığı şikayətdə onlar şıxış yolunu baş prokurorluğdan kömək istəmələrində gorürlər. Əgər Damət Bağırov haqqında yazılanlar təsdiqini taparsa onda yaxın günlərdə onun korrupsiya ittihamı ilə həbs ediləcəyi də istisna edilmir. Azerinews.org
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər