BolgeXeber.Com » Analitika » Rəssam Şamil Həsənov baş prokurora müraciət etməyə hazırlaşır

Rəssam Şamil Həsənov baş prokurora müraciət etməyə hazırlaşır

21-07-2013, 09:40
Oxunub: 12 660
Qeyd edək ki, bu yaxınlarda tanınmış rəssam Şamil Həsənov Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmişdir. Müraciətdə qeyd olunurdu ki, Ərəbov Rövşən Kazım oğlu adlı şəxs onun emalatxanasına gələrək oradan Şamil Həsənova məxsus əsərləri və digər bahalı əşyaları aparmışdır. Bununla bağlı keçən həftə Bakı BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov Şamil Həsənovu gəbul edərək dinləmişdir.

Qəbuldan çıxan Şamil Həsənov hətta saytımız vasitəsi ilə cənab nazir Ramil Usubova və Bakı BPİ-nin rəis müavini Elxan Həsənova öz dərin minnətdarlığını da bildirmişdir. Ancaq bütün bunlara baxmayaraq Ərəbov Rövşən Kazım oğlu hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb. “Necə olur ki,hansısa nazirin qoyun yataqlarından iki qoyun oğruyan adamı isti izlərlə həbs edib 9 il cəza verirlər, ancaq mənim çəkdiyim əsərləri oğurlayan şəxs hələ də sərbəst şəkildə Bakıda gəzir”- Şamil Həsənov Qafqazregion.az –a açıqlamasında bildirdi.

Etibarli mənbədən daxil olan məlumata görə məlum olub ki, Rövşən Ərəbov vaxtı ilə Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyevin köməkçisi olub və Tahir Əliyev komitə sədri olan vaxt ona 1 milyon dollar verib ki, Rövşən həmin pulu etibarlı yerdə gizlətsin. Sonradan, komitə sədri vəzifəsindən azad olunandan sonra Tahir Əliyev Rövşən Ərəbovdan 1 milyon pulu qaytarmağı tələb edib, Rövşən isə cavabında Tahir Əliyevə deyib ki, güya həmin pulu elə o vaxtı aparıb komitə sədrinin evinə verib.

Bir sözlə,bir çox üzləşmələrdən sonra Rövşən yenə də pulu mənimsədiyini boyun olmayıb. Deyilənlərə görə o vaxtlar Rövşən bir müddət Sumqayıtın “Qoratdel”linin təcridxanasında yatsa da 1 milyonu götürdüyünü boynuna almayıb. Sonradan isə Rövşən Ərəbov sərbəst buraxılaraq yeni həyat sürməyə başlayıb. 90-cı illərin sonlarında Sumqayıtda özəlləşməyə çıxarılan bir çox obyektləri Rövşən demək olar ki,Tahir Əliyevin ona verdiyi pulla özəlləşdirib.

Qeyd edək ki, Rövşən Ərəbovun törətdiyi bu əməldən sonra, rəssam təsadüfən şəhərdə onunla rastlaşıb və Şamil Həsənov ona deyəndə ki,” məndən oğurladığın əsərləri gətir qaytar” Rövşən Ərəbov cavabında əsərləri Səbail rayon prokuroru Şirxan Adıgözəlova bağışlamasını deyib Şamil Həsənov bu məsələ ilə bağlı polisin passiv hərəkət etməsi səbəbindən baş prokuror Zakir Qaralova müraciət etmək fikrindədir.

Şamil Həsənov Bakı BPİ-nin rəis müavinnin qəbulunda olarkən,rəis müavini Yasamal RPİ-də ki,təhqiqatçı ilə əlaqə saxlayıb, təhqiqatçı isə bildirib ki,güya onlarda arxiv 3 ildən sonra yandırılır. Ancaq bizim apardığımız araşdırma nəticəsində bəlli oldu ki, təhqiqatda arxivə verilən material 5 ildən sonra yandırılır. Demək belə çıxır ki, o vaxt Rövşən Ərəbovu həmin təhqiqatçıya kimsə elə “güçlü” tapşırıb ki,o məcbur olub qanunu pozaraq Şamil Həsənovla bağlı materialları iki il tez məhv edib. Araşdırmalarmız davam edir,gələn yazımızda biz bu məsələ ilə bağlı bir çox maraqlı məqamlara toxunacagıq.

Rasimoğlu

Qafqazregion.az