BolgeXeber.Com » Analitika » Gəncə MERO-sunun rəisindən Ramil Zeynalovla bağlı ilginc iddia

Gəncə MERO-sunun rəisindən Ramil Zeynalovla bağlı ilginc iddia

24-07-2013, 11:35
Oxunub: 5 642 Tariyel Məmmədov: “Mən bu vəzifəyə təyin olunmaq üçün Ramiz Zeynalova 750.000 dollar pul vermişəm”

Azərbaycanda sürücülük vəsiqələrinin satılması sirr deyil və bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəsmiləri də inkar edə bilmirlər. Onlar sadəcə, vəziyyətdən çıxmaq üçün bu cür halların araşdırılacağını deməklə kifayətlənirlər. Lakin MERO rəisiləri artıq hər şeyi olduğu kimi danışmağa başlayıblar. Çünki onlar yuxarılara haqq verdiklərini iddia edirlər.

TİA.AZ xəbər verir ki, Gəncə MERO-sunun rəisi Tariyel Məmmədovla bağlı da belə bir xəbər ortaya çıxıb. Uzun müddətdir işlədiyi bu sahədə «ad» çıxarmış Məmmədov özünü «ayrıca dövlət» hesab etməklə yanaşı, həm də rəislərinin qulluğunda «layiqincə» dayanmağı da bacarır. Elə bu səbəbdəndir ki, onun bu müddət ərzində bir neçə villası, qapısında isə bir neçə maşını «peyda» olub.

Tariyel Məmmədovun əsas gəlir yeri şübhəsiz sürücülük vəsiqəsi satmaqdır. Hal hazırda Gəncə MERO-da sürücülük vəsiqəsinin qiyməti 800-1000 manat aralığında dəyişir. Bütün Gəncəbasar zonasının - Xanlar (indiki Göygöl), Samux, Daşkəsən, Naftalan rayonlarının T.Məmmədovun rəhbərlik etdiyi 9 saylı “MERO”ya bağlı olduğunu nəzərə alsaq, onun nə qədər qazanc əldə etdiyini müəyyənləşdirmək elə də çətin olmaz.
Amma işin ilginc tərəfi T.Məmmədovun işə başlayarkən kollektiv qarşısında etdiyi çıxışda işlətdiyi ifadələrdir. Doğrusu, bu ifadələrin nə dərəcədə həqiqət olduğunu iddia etmək bizim işimiz deyil, hətta burada çətinlik çəkirik. Amma bunu MERO rəisi deyirsə, deməli, nəsə bildiyi bir şey var. Və ya o da mümkündür ki, adam özünü yekə göstərmək istəyib. İddialara görə, Tariyel Məmmədov MERO rəisi təyin ediləndən sonra kollektiv qarşısında çıxışında bəyan edib ki, onun təyinatı heç də ucuz başa gəlməyib. «Mən bu vəzifəyə təyin olunmaq üçün Ramiz Zeynalova 750.000 dollar pul vermişəm və bu gündən yeni rüşvət tarifləri təyin olunacaq».

Bu azmış kimi, hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov bu pulun guya 650 AZN yuxarı çatacağını, qalan 150 AZN isə dədə malı kimi kollektiv arasında bölünəcəyini bilidirib. Bununla da Tariyel Məmmədov özünə yeni üsul icad eləyib ki, kar, kor sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz.

Tariyel Məmmədov öz işçilərinə tapşırır ki, hər cür vasitə ilə vətəndaş imtahandan kəsilməlidir, əks halda səxsi heyət öz cibindən “katyol”a pul atmalıdır. Bu qayda ilə Tariyel Məmmədov “MERO”nun tarixində yeni eranın əsasını qoyub. Vətəndaşlar ona narazılıqların bildirəndə isə o, vətəndaşları otağından qovaraq söyləyir ki, istəyirsiz gedin prezidentə şikayət edin. «Mənim üçün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm».

Onu da bildirək ki, Tariyel Məmmədov nə arxasız, nə də imkansız adam deyil. Məlumatlara görə, Məmmədovun iddialarından biri Ramiz Zeynalovun yerinə keçəcəyi iloə bağlıdır. Bunun səbəbi kimi də DİN başçısının müavini Vilayət Eyvazovla yaxın dost olması göstərilirdi. Hətta Eyvazov Gəncədə olarkən, Məmmədovu yanına çağıraraq, onunla söhbət edib. Və bunu əlində bayraq edən MERO rəisi hər yerə car çəkib ki, tezliklə general rütbəsi belə alacaq.

Onun var-dövlətinə gəldikdə isə durum aşağıdakı kimidir:

- Dəyəri 150 min dollar olan Mercedess GL markalı CİP
- Oğlunun idarə etdiyi 160.000 dollar qiymətində olan BMV X6
- “Torqovı” küçəsində yerləşən ADİDAS dükanının üstündə 10.000.000 manatlıq mənzil
- İSR-PLAZA binası ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil
- Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası
- “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil
- “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil
- Bayılda 10.000 000 manat qiymətində olan Hotel (Panorama),
- Həmin otelin arxasında 5.000.000 manat qiymətində olan villa.
Sonda onu da qeyd edək ki,T.Məmmədov özünə məxsus biclik işlədib, bütün bu milyonlarla var-dövləti həyat yoldaşının adına rəsmiləşdirib, amma rəsmi nigahı pozulsa da öz həyat yoldaşı ilə mehriban bir yerdə yaşayırlar.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.