BolgeXeber.Com » Analitika » Kişi dövlət və nakişi düşmən

Kişi dövlət və nakişi düşmən

5-08-2021, 10:13
Oxunub: 6 128 Türkiyə artıq ikinci həftədir yanğınlarla mücadilədədir. Bu böyük fəlakətlə mübarizədə Azərbaycan başda olmaqla Türkiyəyə dost və qardaş ölkələr də əllərindən gələni edirlər. Türk düşmənlərinin də özlərinə yaraşan mövqeyi ortada...
Ermənistanda bayramdır. Hətta Türkiyədəki yanğınların 44 gün davam etməsi üçün hər cür pisliyə hazır olduqlarını deyir bu insana bənzər varlıqlar! Azərbaycan-Türkiyə birliyi 44 gündə bu vəhşi tayfaya elə bir od qoyub ki, yanırlar, yaxılırlar və ən murdar formada özlərini ifadə edirlər.
Düşünürmüşlər ki, Qarabağı əbədilik işğal altında saxlayacaqlar, yeni doğulan küçüklərinin qulağına “türk sənin düşmənindir” pıçıldayıb, onları nifrət notları üzərində kökləyəcəklər və nə Azərbaycan, nə də Türkiyədən cavab gəlməyəcək. Bir əsr əvvəl quldur Andronikin qulağının kəsilməsi bunlara dərs olmadı, cəzalarını aldılar, hələ də Füzulidən, Suqovuşandan sür-sümük axtarırlar. Bütün bunlara görə tək suçlu, lənətlənməli varsa, o da özləridir! Azərbaycan insanının faciəsinə, fəlakətinə beynəlxalq reaksiya isə on illər boyunca “0" oldu. Amma yenə də terrorçuları himayə edirlər dünya gücləri...
Fransa prezidenti Makron Ermənistana yardım ayrılması barədə qərar verib. Ermənistana 200 min doza AstraZeneca vaksini göndərilib. Makron deyib ki, “ermənilər sonsuz faciələrlə üzləşir. Bütün həmrəylik və dost hissimlə sizə deyirəm ki, Fransa həmişə sizin yanınızda olacaq”.
“Sonsuz faciələrlə üzləşən” ermənilər - fransızların “kiçik bacıları” əslində faciələrin baiskarlarıdır, tarix boyunca başqalarına faciələr yaşadıblar, xəyanət ediblər, qan töküblər, adam kimi yaşamaq yolunu seçməyiblər. Keçən il Azərbaycan Prezidenti koronavirusla mübarizəyə həsr olunmuş BMT-nin xüsusi iclasının çağırılmasını təklif edəndə ona qarşı çıxan tək ölkə Ermənistan oldu! Və kimsə qınamadı bu ölkəni...
Bu gün Türkiyənin yanmağına sevinən Ermənistana keçən ilin aprelində Türkiyə yardım təklif etmişdi - koronaviris bəlası ilə mübarizə məqsədilə. Türkün davranışı budur, düşmənlə mübarizəni də KİŞİ KİMİ aparır!
Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk hətta Çanaqqala döyüşündə məhv edilmiş əsgərlərin də sayğı ilə dəfn edilməsini əmr etmişdi. Sonrakı dönəmlərdə də “uzak diyarlardan evlatlarını bu savaşa gönderen analar, göz yaşlarınızı dindiriniz, evlatlarınız, bizim bağrımızdadır. onlar bu topraklarda canlarını verdikten sonra artık bizim çocuklarımız olmuşlardır” demişdi. Budur böyüklük!
Bu gün ortada çox versiyalar var. Hələ ki, Türkiyənin hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Amma artıq heç kimdə şübhə yoxdur ki, ayrı-ayrı bölgələrdəki 160-dan çox yanğın hadisəsi təsadüf nəticəsində baş verə bilməz! Saxlanılan şəxslər, aşkarlanan Molotov kokteylləri, səpilən barıt qalıqları, PKK-çıların etirafları bunun bir qəsd olduğunu təsdiqləməkdədir.
Tam əminliyim var ki, çox keçməyəcək, bu işin içindən erməni barmağı da çıxacaq - ASALA-nın. Azərbaycan Xalq Cümhuriyyəti qurucularına, Türkiyənin 40-dək diplomatına qarşı terror törədən ASALA-nın PKK-ya qardaş olduğunu da bütün dünya bilir. Qarabağda burunları ovuldu, indi başqa müstəvilərdə və məkanlarda mübarizə aparırlar, xain planlarını həyata keçirirlər. Heç şübhəmiz yoxdur ki, istintaq hər şeyi ortaya çıxarandan sonra Türkiyə dövləti, elə Azərbaycanla çiyin-çiyinə bu, alçaq terror qarşı amansız mübarizəyə başlayacaq. Bəlkə elə Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi məhz həmin gün işə düşəcək! Türkiyəni yandıran elə Azərbaycanı da yandırmış olur, cavab gələcək, ən kəskin formada!
Bu gün Basarkeçərdə “növbə çəkən” İrəvandakı səfirlər - qəribədir, onların sırasında rus səfir də var, amerikan da, İran elçisi də - Ermənistana stimul verirlər, Türkiyəyə, Azərbaycana qarşı iddialarını sürdürmək üçün. Əslində İrəvanın qarşısında tələb qoyulmalı idi: “Konstitusiyadan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını çıxar, gerbindəki Ağrının əksini ləğv elə!” Görünür, onlara çox lazımdır ermənilərin türklərlə nifaqı...
Əslində erməni dünyanın görünən antitürk sifətidir. Fransa və Yunanıstan Türkiyəyə yanğınlarla mübarizədə yardım etməkdən vaz keçdilər. Hansı ki, Türkiyə heç vaxt biganə qalmazdı bu dövlətlərdəki eyni hadisələrə. Hətta bu durumda Yunanıstan sərhədində Türkiyə vətəndaşı güllələndi. Bəlkə daha böyük qəsdləri var. Silahla bacarmadılar, Türk “Bayrakdar”ı bütün silahların “kürəyini” yerə vurdu, indi meşələrdən qisas alırlar. Tüstüdən boğulan o məsum körpələrin ahı tutsun belə nakişi düşməni...
Tüstüdən boğulan o məsum körpələrin ahı tutsun belə nakişi düşməni...

Elşad Paşasoy